• $
  • €
  • ₽
  • ₺
  • £

Tovuzda oğul anasını balta ilə öldürüb, bacısını isə yaralayıb - Yenilənib

Tovuzda oğul anasını balta ilə öldürüb, bacısını isə yaralayıb - Yenilənib
06.06.2025 16:10

Tovuzun rayon mərkəzində qətlə yetirilən qadının kimliyi müəyyənləşdirilib.

"Report"un məlumatına görə, hadisə zamanı qətlə yetirilən qadının 1970-ci il təvəllüdlü Sevinc Həsənova, xəsarət alanın isə onun qızı, 2000-ci il təvəllüdlü Aliyə Namazova olduğu müəyyən edilib.

Hadisəni törətməkdə şübhəli bilinən isə qadının oğlu, 1994-cü il təvəllüdlü, ruhi xəstə olduğu bildirilən Kainat Namazovdur.

O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

15:57

Tovuz rayonunda mübahisə zəminində bir nəfər qətlə yetirilib, daha bir nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, Tovuz rayonunda mübahisə zəminində eyni ailəyə məxsus bir qadının qətlə yetirilməsi, digər qadının isə xəsarət almasından sonra onlara məxsus yaşayış evi yandırılıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Tovuz rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub yanğın söndürülüb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qətlə yetirilən qadının hadisəni törətməkdə şübhəli bilinən şəxsin anası, xəsarət alanın isə bacısı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
Cəmiyyət 23:55
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
İmişli Şəkər Zavodunda yanğın olub
Cəmiyyət 23:10
İmişli Şəkər Zavodunda yanğın olub
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 22:51
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
Cəmiyyət 16:18
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Cəmiyyət 14:20
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Sabahın hava proqnozu
Cəmiyyət 12:54
Sabahın hava proqnozu
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Cəmiyyət 12:01
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Cəmiyyət 11:52
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Lerik rayonunda zəlzələ olub
Cəmiyyət 11:32
Lerik rayonunda zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol