• $
  • €
  • ₽
  • ₺
  • £

Məmurlar sonuncu dəfə nə vaxt metroya minib? - SORĞU

Məmurlar sonuncu dəfə nə vaxt metroya minib? - SORĞU
10.06.2025 13:31

Azərbaycanın sabiq hərbi prokuroru və hazırda Konstitusiya Məhkəməsinin hakimi olan Xanlar Vəliyevin Bakı metrosunun “İçərişəhər” stansiyasında görünməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Anews.az məsələ ilə bağlı bir neçə sabiq nazir və deputata metrodan sonuncu dəfə nə vaxt istifadə etdiklərini soruşub.

Cavablar illərlə metroya minməyənlərdən tutmuş, həftəlik istifadə edənlərədək dəyişib.

Milli məclisin deputatı Naqif Həmzəyev bildirir ki, sonuncu dəfə bir neçə gün əvvəl  metrodan istifadə edib.

""28 May" metro stansiyasından "Xətai" metrostansiyasına getmişəm. Hər həftə iki üç dəfə metrodan istifadə edirəm", -  deputat vurğulayıb.

Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov metrodan sonuncu dəfə tələbəlik illərində istifadə etdiyini deyib.

"Çoxdandı metroya minmirəm. Sonuncu dəfə tələbə vaxtlarımda minmişəm",- eks nazir bildirib.

Deputat Fazil Mustafa sonuncu dəfə nə vaxt istifadə etdiyini xatırlamadı.

"Nə vaxt istifadə etdiyimi xatırlamıram. Hər halda beş il öncə..",- o bildirib.

 Sabiq Təhsil naziri Misir Mərdanov da metrodan nə vaxt istifadə etdiyini xatırlamadı.

"Lap çoxdan. Düzünü desəm, xatırlamıram",- Mərdanov bildirib.

Deputat Aydın Mirzəzadə metrodan sonuncu dəfə bir neçə gün əvvəl istifadə etdiyini bildirib.

"Əvvəllər daha çox istifadə edirdim. Gündəlik istifadə etmirəm. Tıxac olduğu zaman məcbur metroya düşürəm",- deputat bildirib.

Millət vəkili Razi Nurullayev sonuncu dəfə 1 ay əvvəl istifadə etdiyini söyləyib.

"Təxmin'n bir ay olar istifadə etmişəm. Əvvəllər daha çox istifadə edirdim. Amma indi getdiyim yerlərə metro olmadığı üçün məcbur'n maşından istifadə edirəm. Əvvəllər işə getmək üçün  "20 Yanvar"dan minib, "Azadlıq" metro stansiyasından çıxırdım"?  -  o söyləyib.

Deputat  Arzu Nağıyev sonuncu dəfə bir həftə əvvəl metrodan istifadə etdiyini vurğulayıb.

Millət vəkili Cavanşir Paşazadə xatırlamadığını, təxminən 15-20 il əvvəl istifadə etdiyini bildirdi.

Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyevin sözlərinə görə, sonuncu dəfə iki həftə əvvəl istifadə edib.

"Mütəmadi olaraq həftədə  bir iki dəfə istifadə etmişəm. Sadəcə bu həftə az istifadə etmişəm",- o bildirib.

Deputat Məlahət İbrahimqızı isə bu yaxınlarda istifadə etdiyini bildirib.

"Xətai" metrosundan "Neftçilər"ə getmişəm. Tez-tez istifadə etmirəm. Amma bizim metroları çox sevirəm. Xarici ölkələrin metroları çox qurudur. Amma bizdə gözəl dizaynlar var. Əsasən da "Nizami" adına stansiyada... Pik saatlarında  istifadə etməmişəm. Çünki çox basabas olur. Səhərlər çox insan olur",- deputat vurğulayıb.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağcabədidə avtomobillər toqquşub, iki qardaş ölüb
Cəmiyyət 19:24
Ağcabədidə avtomobillər toqquşub, iki qardaş ölüb
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 18:50
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
Cəmiyyət 16:21
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
Media və Yayım Şurası Türkiyədə Azərbaycan əleyhinə kampaniyadan narahatlığını bildirib
Cəmiyyət 15:51
Media və Yayım Şurası Türkiyədə Azərbaycan əleyhinə kampaniyadan narahatlığını bildirib
Prezident və ailəsi Formula 1 Azərbaycan Qran-Prisini izləyir
Cəmiyyət 15:47
Prezident və ailəsi Formula 1 Azərbaycan Qran-Prisini izləyir
Milli Məclisin komissiyası Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyası barədə açıqlama yayıb
Cəmiyyət 13:50
Milli Məclisin komissiyası Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyası barədə açıqlama yayıb
Əmək bazarına hazırlıq indeksi ilin sonunadək 10 universitetdə tətbiq olunacaq - agentlik sədri
Cəmiyyət 13:08
Əmək bazarına hazırlıq indeksi ilin sonunadək 10 universitetdə tətbiq olunacaq - agentlik sədri
Qaradağ rayonunda vulkan püskürüb -Yenilənib
Cəmiyyət 12:55
Qaradağ rayonunda vulkan püskürüb -Yenilənib
Artıq şagirdlər və müəllimlər üçün süni intellekt əsaslı repetitorlar tətbiq olunur - nazir müavini
Cəmiyyət 12:36
Artıq şagirdlər və müəllimlər üçün süni intellekt əsaslı repetitorlar tətbiq olunur - nazir müavini
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol