• $ 1.7
  • € 1.9911
  • ₽ 0.021666
  • ₺ 0.0425
  • £ 2.3096

Mayın 11-də keçirilən imtahanların nəticələri açıqlanıb

Mayın 11-də keçirilən imtahanların nəticələri açıqlanıb
10.06.2025 17:59

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 11 may 2025-ci il tarixində keçirilən imtahanların nəticələri elan olunub. Bu barədə  DİM-dən məlumat verilib.

 

nəticələr aşağıdakı imtahanları əhatə edir:

1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı.

1-3-cü kateqoriyaya aid olan abituriyentlər imtahan nəticələrini verilən keçiddən //eservices.dim.gov.az/2025/nettex/?frm=egov öyrənə bilərlər.

4-6-cı kateqoriyaya aid olan şagirdlər isə imtahana nəticələrini öyrənmək üçün bu keçiddən //eservices.dim.gov.az/2025/netorta/?frm=egov istifadə etməlidirlər.

Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Bu imtahanlarında iştirakı nəzərdə tutulan 7 294 nəfərdən 1218 nəfər imtahana gəlməyib.

İmtahanda ən yüksək nəticəni 294,1 bal toplayan Sumqayıt şəhər 22 saylı tam orta məktəbin cari il məzunu Səfərli Gülçin Yalçın qızı göstərib. Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 12 iyun saat 10:00-dan 14 iyun saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

Abituriyentlərin (şagirdlərin) müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

Abituriyentlərin (şagirdlərin) apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra abituriyentlər (şagirdlər) apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər (şagirdlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin (şagirdlərin) nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukraynalı uşaqlardan ibarət növbəti qrup Azərbaycana gəlib
Cəmiyyət 19:51
Ukraynalı uşaqlardan ibarət növbəti qrup Azərbaycana gəlib
Naxçıvanda 6 dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
Cəmiyyət 19:31
Naxçıvanda 6 dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
Rəşad Nəbiyev Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi ilə görüşüb
Cəmiyyət 19:19
Rəşad Nəbiyev Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi ilə görüşüb
Azərbaycan-Qazaxıstan "Tərlan-2025” PUA təlimi yekunlaşıb
Cəmiyyət 18:06
Azərbaycan-Qazaxıstan "Tərlan-2025” PUA təlimi yekunlaşıb
Bəxtiyar Hacıyevə ADY-də vəzifə verildi
Cəmiyyət 17:52
Bəxtiyar Hacıyevə ADY-də vəzifə verildi
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşüb
Cəmiyyət 17:50
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşüb
“Nar” AHK Azərbaycan tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi
Cəmiyyət 16:45
“Nar” AHK Azərbaycan tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi
Altı ayda necə cinayətin üstü açılıb? - Rəsmi
Cəmiyyət 16:34
Altı ayda necə cinayətin üstü açılıb? - Rəsmi
Əkin sahələrinə 90% çox sığorta ödənişi – Aqrar Fondun yarımillik rekordu
Cəmiyyət 15:45
Əkin sahələrinə 90% çox sığorta ödənişi – Aqrar Fondun yarımillik rekordu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol