• $
  • €
  • ₽
  • ₺
  • £

Əkin sahələrinə 90% çox sığorta ödənişi – Aqrar Fondun yarımillik rekordu

Əkin sahələrinə 90% çox sığorta ödənişi – Aqrar Fondun yarımillik rekordu
10.07.2025 15:45

2025-ci ilin altı ayında müxtəlif təbii hadisələrdən zərər çəkmiş fermer və təsərrüfatlara ümumilikdə 4 milyon 435 min manat məbləğində sığorta ödənişi verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 55% çoxdur. Bu barədə Aqrar sığorta Fondundan bildirilib. 

 2024-cü ilin ilk yarısında bu rəqəm 2 milyon 864 min manat təşkil etmişdi.

Əkin sahələri üzrə ödənişlər isə 2 dəfəyə yaxın artaraq 4 milyon 246 min manat olub. Heyvandarlıq sahəsi üzrə isə 189 min manat sığorta ödənişi gerçəkləşib.

Fond bildirir ki, təqribən 17 min hektar ərazidə baş vermiş sığorta hadisələrinə görə ödənişlər 90% artaraq bu günə qədər qeydə alınmış ən yüksək həddə çatıb. Ən çox ödəniş edilən kənd təsərrüfatı məhsulları aşağıdakılardır:

Buğda və arpa – 2,5 milyon manat

Pambıq – 577 min manat

Qarğıdalı – 447 min manat

Günəbaxan – 196 min manat

Tütün – 174 min manat

Meyvə bağları – 170 min manat

Ən çox sığorta ödənişi alan rayonlar arasında Füzuli (645,5 min manat), Ağcabədi (607,4 min manat), Tovuz (322 min manat), Tərtər (301 min manat) və Ağsu (273 min manat) rayonları yer alır.

Aqrar Sığorta Fondu bildirir ki, məhsulların sığorta şərtləri və tarifləri barədə ətraflı məlumatı qurumun rəsmi veb saytından və 1651 nömrəli çağrı mərkəzindən əldə etmək mümkündür.

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol