• $
  • €
  • ₽
  • ₺
  • £

XİN Abu-Dabuidəki görüşlə bağlı açıqlama yayıb

XİN Abu-Dabuidəki görüşlə bağlı açıqlama yayıb
10.07.2025 15:09

10 iyul 2025-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında dövlətlərarası münasibətlərin normallaşması gündəliyinin müxtəlif aspektləri müzakirə olunub.

Rəsmi məlumata görə, liderlər ikitərəfli formatın normallaşma prosesi üzrə məsələlərin həlli üçün ən effektiv yol olduğunu vurğulayıblar və nəticəyönümlü dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

Tərəflər sərhədin delimitasiyası sahəsində əldə edilmiş irəliləyişi yüksək qiymətləndirərək bu istiqamətdə əməli fəaliyyətin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına göstəriş veriblər.

Bundan əlavə, etimad quruculuğu tədbələrinin davam etdirilməsi və ikitərəfli danışıqların genişləndirilməsi ilə bağlı qarşılıqlı razılıq əldə olunub.

Azərbaycan Prezidenti və Ermənistan Baş naziri görüşün təşkilinə və nümayiş etdirilən qonaqpərvərliyə görə BƏƏ Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təşəkkürlərini bildiriblər.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol