• $
  • €
  • ₽
  • ₺
  • £

FHN-in nümayəndəsi BMT-nin Fəlakət Riskinin Azaldılması Ofisinin sessiyasında iştirak etdi

FHN-in nümayəndəsi BMT-nin Fəlakət Riskinin Azaldılması Ofisinin sessiyasında iştirak etdi
10.06.2025 20:46

Fövqəladə Hallar Nazirliyi Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli İsveçrə Konfederasiyasına səfəri çərçivəsində 2-6 iyun tarixlərində Cenevrə şəhərində keçirilən BMT-nin Fəlakət Riskinin Azaldılması Ofisinin (UNDRR) Fəlakət Riskinin Azaldılması üzrə Qlobal Platformasının növbəti sessiyasının yüksək səviyyəli görüşlərində və plenar iclaslarında iştirak edib.Bu barədə FHN məlumat yayıb.

Tədbir çərçivəsində, Ərgüc Kələntərli BMT-nin Fəlakət Riskinin Azaldılması Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional ofisinin rəhbəri, xanım Natalia Alonso Kano ilə görüşüb. Görüş zamanı Fəlakət Riskinin azaldılması üzrə Senday Çərçivəsinin Yüksək Səviyyəli İcmal Konfransının Siyasi Bəyannaməsinin həyata keçirilməsi məsələləri geniş müzakirə olunub, beynəlxalq səviyyədə fövqəladə halların idarə olunması sahəsində əməkdaşlığın gücləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Xanım Natalia Alonso Kano öz növbəsində əməkdaşlıq çərçivəsində görülən işləri yüksək qiymətləndirib, bu xüsusda, birgə layihələrin təşviqi, qarşılıqlı təcrübə mübadiləsi və institusional əməkdaşlığın gücləndirilməsi imkanlarının əhəmiyyətini vurğulamaqla Azərbaycanla çoxşaxəli əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını ifadə edib.

Səfər çərçivəsində, bir sıra ölkələrin Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndələri ilə görüşlər keçirilib, xüsusilə beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Mülki Müdafiə Təşkilatı çərçivəsində birgə fəaliyyət və fövqəladə halların idarə olunması istiqamətində tərəfdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
Cəmiyyət 23:55
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
İmişli Şəkər Zavodunda yanğın olub
Cəmiyyət 23:10
İmişli Şəkər Zavodunda yanğın olub
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 22:51
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
Cəmiyyət 16:18
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Cəmiyyət 14:20
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Sabahın hava proqnozu
Cəmiyyət 12:54
Sabahın hava proqnozu
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Cəmiyyət 12:01
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Cəmiyyət 11:52
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Lerik rayonunda zəlzələ olub
Cəmiyyət 11:32
Lerik rayonunda zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol