• $
  • €
  • ₽
  • ₺
  • £

Badamdar otelinin keçmiş xəzinədarı 8 il həbs cəzası alıb

Badamdar otelinin keçmiş xəzinədarı 8 il həbs cəzası alıb
12.06.2025 07:31

Badamdar Hotel & Residences-in keçmiş baş xəzinədarı Dünyamalı Qarayev 163 min manatdan çox vəsaiti mənimsədiyinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 8 il müddətinə azadlıqdan məhrum edilib.

30 yaşlı Bakı sakini Qarayev Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib.

İstintaqın məlumatına görə, Qarayev Badamdar Estates MMC-də çalışarkən şirkətin FO, F10, Chillbar, CIB, SPA və digər bölmələrindən daxil olan vəsaitləri qəsdən az göstərərək, maliyyə sənədlərinə yalan məlumatlar daxil edib.

Bəzi hallarda vergül sonrası rəqəmlərin yerini dəyişərək 1 750 manat əvəzinə 175,00 manat kimi qeyd edib.

Audit nəticəsində məlum olub ki, Qarayev mənimsənilmiş vəsaitləri şəxsi məqsədlər – o cümlədən bir restoranda çalışan ofisiant xanıma hədiyyələr, dəbdəbəli həyat tərzi və mərc oyunlarına xərcləyib. Onun aylıq maaşı cəmi 800 manat olub.

İstintaq zamanı günahını etiraf etsə də, məhkəmədə ifadəsini dəyişərək ittihamı qəbul etməyib və auditin şəffaf aparılmadığını iddia edib.

Badamdar Estates iş üzrə zərərçəkmiş kimi tanınıb. Audit günü işə gəlməyən və zənglərə cavab verməyən Qarayev daha sonra saxlanılıb və həbs olunub.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
Cəmiyyət 23:55
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
İmişli Şəkər Zavodunda yanğın olub
Cəmiyyət 23:10
İmişli Şəkər Zavodunda yanğın olub
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 22:51
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
Cəmiyyət 16:18
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Cəmiyyət 14:20
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Sabahın hava proqnozu
Cəmiyyət 12:54
Sabahın hava proqnozu
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Cəmiyyət 12:01
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Cəmiyyət 11:52
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Lerik rayonunda zəlzələ olub
Cəmiyyət 11:32
Lerik rayonunda zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol