• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandan tranzitlə keçən “təzə qarpız” yükündə narkotik aşkarlanıb

Azərbaycandan tranzitlə keçən “təzə qarpız” yükündə narkotik aşkarlanıb
14.06.2025 17:02

Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycandan tranzit keçməklə İrandan Rusiyaya aparılan “təzə qarpız” yükündə ümumi çəkisi 207 kiloqram 620 qram olan narkotik vasitə – marixuana aşkarlanıb.Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Azərbaycandan tranzit keçən və İrandan Rusiyaya “təzə qarpız” daşıyan nəqliyyat vasitəsi Astara Gömrük İdarəsində gömrük baxışına cəlb olunub. Yükə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və şübhəli təsvirlər müşahidə edilib.

Daha ətraflı yoxlama zamanı kinoloji xidmət iti 16 paletə reaksiya verib. Həmin paletlərdəki qarpız yükünün altından, gömrük nəzarətindən gizlədilmiş 64 ədəd bağlamada, qablaşdırma ilə birlikdə ümumi çəkisi 207 kiloqram 620 qram olan marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Cəmiyyət 00:06
Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Cəmiyyət 23:30
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
Cəmiyyət 20:46
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
Cəmiyyət 19:58
Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün Azərbaycana gətirilib
Cəmiyyət 19:03
Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün Azərbaycana gətirilib
Şuşada mina partlayıb, bir nəfər xəsarət alıb
Cəmiyyət 18:25
Şuşada mina partlayıb, bir nəfər xəsarət alıb
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
Cəmiyyət 17:34
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
Fermerlərə 4,5 milyon manat zərər dəyib, sığorta ödənişlərinə başlanılacaq
Cəmiyyət 17:19
Fermerlərə 4,5 milyon manat zərər dəyib, sığorta ödənişlərinə başlanılacaq
AZAL-ın Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri təxirə salınıb
Cəmiyyət 16:51
AZAL-ın Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri təxirə salınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol