• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ vətəndaşlarını İranı Azərbaycan yolu ilə tərk etməyə çağırıb

ABŞ vətəndaşlarını İranı Azərbaycan yolu ilə tərk etməyə çağırıb
15.06.2025 22:31

ABŞ-nin İrandakı virtual səfirliyi öz vətəndaşlarını İranı tərk etməyə çağırıb.

“Report” xəbər verir ki, bu barədə virtual nümayəndəliyin veb-saytında bildiriş dərc edilib.

“ABŞ vətəndaşları heç bir səbəbdən İrana səfər etməməli və əgər oradadırlarsa, dərhal İranı tərk etməlidirlər. İranı tərk edə bilməyən ABŞ vətəndaşları uzun müddət ərzində sığınacaqda qalmağa hazır olmalıdırlar”, – bildirişdə qeyd olunub.

Vaşinqtonun Tehranla diplomatik və ya konsulluq əlaqələri yoxdur, ABŞ-nin maraqlarını qoruyan tərəf kimi isə İsveçrə çıxış edir.

Səfirlik vətəndaşlarına İranı Azərbaycan, Ermənistan və ya Türkiyə sərhədindən keçərək tərk etməyi təklif edib.

“Azərbaycanın quru sərhədləri bağlı qalır, lakin ABŞ vətəndaşları xüsusi icazə ilə 15 iyun tarixində Astara sərhəd-keçid məntəqəsindən Azərbaycana daxil ola bilərlər”, – virtual nümayəndəlik bildirib.

Qeyd olunub ki, amerikalılar Astara sərhəd-keçid məntəqəsinə yollanmazdan əvvəl Azərbaycan hökumətindən icazə almalıdırlar. “ABŞ-nin Bakıdakı səfirliyi bunu təşkil etməlidir”, – bildirişdə vurğulanıb.

Nümayəndəlik bildirib ki, Azərbaycana keçmək istəyən vətəndaşlar ABŞ-nin Bakıdakı səfirliyi ilə əlaqə saxlamalıdırlar.

Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
Cəmiyyət 23:55
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
İmişli Şəkər Zavodunda yanğın olub
Cəmiyyət 23:10
İmişli Şəkər Zavodunda yanğın olub
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 22:51
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
Cəmiyyət 16:18
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Cəmiyyət 14:20
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Sabahın hava proqnozu
Cəmiyyət 12:54
Sabahın hava proqnozu
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Cəmiyyət 12:01
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Cəmiyyət 11:52
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Lerik rayonunda zəlzələ olub
Cəmiyyət 11:32
Lerik rayonunda zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol