• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəranda 18 kiloqram narkotik aşkarlanıb

Lənkəranda 18 kiloqram narkotik aşkarlanıb
16.06.2025 13:50

Lənkəranda 18 kiloqram narkotik vasitə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi tədbirlər zamanı Şamaxı sakini, 65 yaşlı Əzizağa Səlimli, əvvəllər məhkum olunmuş Cəlilabad sakinləri, 42 yaşlı Rəcəb Mahmudov və 44 yaşlı Anar İsmayılov saxlanılıblar.

Həmin şəxslərdən 18 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanıb. İlkin araşdırma zamanı onları şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi və narkotik vasitələrin maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırılmasının planlaşdırıldığı müəyyənləşib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
Cəmiyyət 23:55
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
İmişli Şəkər Zavodunda yanğın olub
Cəmiyyət 23:10
İmişli Şəkər Zavodunda yanğın olub
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 22:51
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
Cəmiyyət 16:18
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Cəmiyyət 14:20
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Sabahın hava proqnozu
Cəmiyyət 12:54
Sabahın hava proqnozu
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Cəmiyyət 12:01
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Cəmiyyət 11:52
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Lerik rayonunda zəlzələ olub
Cəmiyyət 11:32
Lerik rayonunda zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol