• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Yağışlı-küləkli hava sabah bitəcək

Yağışlı-küləkli hava sabah bitəcək
17.06.2025 11:55

Milli Hidrometerologiya Xidmətin saat 11:00-a olan məlumatına əsasən, hazırda ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Düşən yağıntının miqdarı İsmayıllıda 29, Zaqatalada 11, Sarıbaşda (Qax) 10, Astarada 9, İmişlidə 8, Lənkəran, Lerik, Şamaxı, Qəbələ, Şəki, Yardımlı, Oğuz, Ağdam, Göyçay, Ağstafa, Mingəçevir, Balakən, Ordubad, Daşkəsən, Qobustan, Altıağac, Qrız, Şahdağ, Tərtər, Bərdə, Sabirabad, Beyləqan, Biləsuvar, Cəlilabad, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1-7, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Bəzi yerlərdə qərb küləyi əsib, küləyin maksimal sürəti Mingəçevirdə 25, Naftalanda 20, Goranboyda 19, Ağdamda 16, Bakıda və Abşeron yarımadasında isə 15 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25, Naxçıvan MR-da, eyni zamanda Aran rayonlarında 30, dağlıq rayonlarda isə 16 dərəcəyədək isti qeydə alınıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyunun 18-i gündüzədək davam edəcəyi gözlənilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Şahbuzda elektrik enerjisində fasilə olacaq
Cəmiyyət 10:51
Şahbuzda elektrik enerjisində fasilə olacaq
Cəlilabadda motosiklet ambulansla toqquşub, 2 yaralı var
Cəmiyyət 10:34
Cəlilabadda motosiklet ambulansla toqquşub, 2 yaralı var
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Cəmiyyət 10:30
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Ali Məhkəmə müflis bankla bağlı ödəmə tapşırıqları üzrə vahid təcrübə müəyyən edib
Cəmiyyət 10:10
Ali Məhkəmə müflis bankla bağlı ödəmə tapşırıqları üzrə vahid təcrübə müəyyən edib
N hərbi hissəsində taktiki təlim keçirilib
Cəmiyyət 10:07
N hərbi hissəsində taktiki təlim keçirilib
BDYPİ sürücülərə hava şəraiti ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:03
BDYPİ sürücülərə hava şəraiti ilə bağlı xəbərdarlıq edib
Azeri Light nefti 68,54 dollara yüksəlib
Cəmiyyət 09:57
Azeri Light nefti 68,54 dollara yüksəlib
Lənkəranın bəzi küçələrində işıq olmayacaq
Cəmiyyət 08:52
Lənkəranın bəzi küçələrində işıq olmayacaq
Sumqayıtda yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 00:26
Sumqayıtda yol qəzası baş verib, xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol