• $
  • €
  • ₽
  • ₺
  • £

Rus bölməsində oxumaq istəyənlər bu gün müəllim seçə biləcək

Rus bölməsində oxumaq istəyənlər bu gün müəllim seçə biləcək
17.06.2025 12:56

Bu gün rus bölməsi üzrə birinci siniflərə qəbul çərçivəsində məktəb və müəllim seçimi mərhələsinə start verilib. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

25 iyun 2025-ci il saat 18:00-a qədər Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin rus bölməsi üzrə birinci siniflərinə qəbul üçün müsabiqəyə yazılma prosesi davam edəcək.

Bununla yanaşı, 25 iyun saat 18:00-a qədər İ.Əfəndiyev adına Elitar Gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132–134 nömrəli Təhsil Kompleksi, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey və “Zəngi” liseyinin rus bölməsi üzrə seçim prosesi aparılacaq.

Bu məktəblərə prioritetlərə uyğun üstünlüyü olan uşaqlar üçün məktəb seçimi, prioritetə malik olmayan uşaqlar üçün isə qəbul üzrə müsabiqəyə qeydiyyat prosesi həyata keçirilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
Cəmiyyət 23:55
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
İmişli Şəkər Zavodunda yanğın olub
Cəmiyyət 23:10
İmişli Şəkər Zavodunda yanğın olub
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 22:51
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
Cəmiyyət 16:18
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Cəmiyyət 14:20
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Sabahın hava proqnozu
Cəmiyyət 12:54
Sabahın hava proqnozu
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Cəmiyyət 12:01
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Cəmiyyət 11:52
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Lerik rayonunda zəlzələ olub
Cəmiyyət 11:32
Lerik rayonunda zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol