• $
  • £

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
17.06.2025 19:40

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyunun 17-də davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Əlizamin Qənbərov ifadəsində övladı Rəşad Qənbərlinin Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində Laçın rayonunda həlak olduğunu deyib. Ə.Qənbərov ona dəyən zərərin ödənilməsinin qeyri-mümkün olduğunu vurğulayıb.

İfadə verən Sarıbala Həsənov övladı Səid Həsənovun Kəlbəcər rayonunda düşmən tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu bildirib.

Füzuli Qasımov Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında oğlu İnqilab Qasımzadənin Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində Xankəndi şəhərində həyatını itirdiyini söyləyib.

İlahə Eyvazova ifadəsində həyat yoldaşı Tural Cahangirovun Kəlbəcərdə düşmən tərəfindən odlu silahdan açılmış atəş nəticəsində həlak olduğunu deyib. “Həmin gün qızımın ad günü idi”, - deyə o əlavə edib.

Aynur Mürsəlova ifadəsində həyat yoldaşı Zahir Əliyevin Kəlbəcərdə düşmən tərəfindən açılan atəş nəticəsində həyatını itirdiyini bildirib.

Zərərçəkmiş Hüseyn Babayev ifadəsində Ağdamda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələr tərəfindən atılmış mərminin partlaması nəticəsində sol qulaq və boyun nahiyəsindən xəsarətlər aldığını söyləyib.

Məhkəmədə ifadə verən Əsgər Dövlətov düşmənin törətdiyi genişmiqyaslı təxribat nəticəsində yaralanıb. Zərərçəkmiş bildirib ki, həmin gün Şuşa rayonunun Xəlfəli kəndində düşmənin açdığı atəşlər nəticəsində onunla birlikdə Ayxan Kərimli, Musa Orucov və Yusif Məcidli də müxtəlif növ bədən xəsarətləri alıb, bir neçə nəfər isə həlak olub. O, dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında deyib ki, həmin vaxt düşmən mütəmadi olaraq təxribatlar törədərək ərazilərimizə müxtəlif silahlardan atəş açıb.

Zərərçəkmiş şəxs Sübhan Qardaşxanov Ağdam rayonu istiqamətində atılmış mərminin yaxınlığa düşüb partlaması nəticəsində çoxsaylı qəlpə xəsarətləri alıb. Hadisə zamanı Mehdi Abbasov, Devid Cəlilov, Rəsul Teymurov, Əli Tağıyev və Cavad Məhərrəmov həlak olub, daha bir neçə nəfər isə yaralanıb. O, hadisədən əvvəl də düşmən tərəfin mütəmadi olaraq təxribat törətdiyini, atəş açdığını bildirib.

Zərərçəkmiş Rövşən Xəlilov Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında qeyd edib ki, Ağdamda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin snayper atəşi və atdıqları artilleriya mərmisinin partlaması nəticəsində xəsarətlər alıb. Həmin vaxt yanında olan İsmayıl Həşimov da yaralanıb.

Zərərçəkmiş Nicat Qasımov düşmənin açdığı artilleriya atəşi nəticəsində Füzulidə yaralandığını deyib.

Ayaz Həsənli ifadəsində Ağdam istiqamətində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən basdırılmış minanın partlaması nəticəsində xəsarətlər aldığını söyləyib.

Dövlət ittihamçıları Fuad Musayev və Vüsal Abdullayevin suallarına cavablarında zərərçəkmiş şəxslər bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri ərazilərimizdə intensiv şəkildə genişmiqyaslı təxribatlar törədiblər.

Ceyhun Hüseynov Zəngilan rayonunda düşmən tərəfindən atılmış qumbaraatan mərmisinin partlaması nəticəsində xəsarət alıb. “Düşmən əvvəlcə artilleriya atəşi açdı, sonra isə canlı qüvvə ilə hücuma keçməyə cəhd etdi”, - deyə o bildirib.

Zərərçəkmiş şəxslər Tural Zeynalov, Şahin Əhmədov, Zeynal Cəbrayılov, Mehdi Yusifov, Rəsul Feyzullayev ifadələrində Zəngilan rayonunda düşmən tərəfindən açılmış atəşlər nəticəsində yaralandıqlarını diqqətə çatdırıblar.

Təbriz Abuşov ifadəsində Xocalı rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində güllə yarası aldığını söyləyib.

Zərərçəkənlər İlham İsrayılov və Namiq Əliyev Ağdamda artilleriya mərmisinin partlaması nəticəsində yaralandığını söyləyib.

Zərərçəkən Atalı Soltanəli də düşmənin genişmiqyaslı təxribatı nəticəsində Ağdərə istiqamətində yaralanıb. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabında o deyib ki, hadisə zamanı yanındakı şəxslər həlak olublar.

Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Məhkəmənin növbəti iclası iyunun 24-nə təyin olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Həftəsonu 83 cinayətin üstü açılıb
Cəmiyyət 10:48
Həftəsonu 83 cinayətin üstü açılıb
İsi Mustafayev “Azərpoçt”dan ayrılıb
Cəmiyyət 09:53
İsi Mustafayev “Azərpoçt”dan ayrılıb
Gəncədə iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
Cəmiyyət 20:46
Gəncədə iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
Ukraynalı uşaqların daha bir qrupu reabilitasiya xidməti üçün Azərbaycana gəlib
Cəmiyyət 19:26
Ukraynalı uşaqların daha bir qrupu reabilitasiya xidməti üçün Azərbaycana gəlib
Bakıdan Naxçıvana uçan təyyarə reysi təxirə salınıb
Cəmiyyət 19:25
Bakıdan Naxçıvana uçan təyyarə reysi təxirə salınıb
Lənkəranda avtomobil təmiri sexində partlayış olub
Cəmiyyət 18:03
Lənkəranda avtomobil təmiri sexində partlayış olub
Güclü yağış yağacaq, temperatur kəskin enəcək - Xəbərdarlıq
Cəmiyyət 15:10
Güclü yağış yağacaq, temperatur kəskin enəcək - Xəbərdarlıq
Sabahın havası bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər
Cəmiyyət 15:00
Sabahın havası bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 14:46
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol