• $
  • £

BQXK Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan erməniəsilli şəxslərə baş çəkib

BQXK Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan erməniəsilli şəxslərə baş çəkib
19.06.2025 15:31

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları iyunda Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan erməniəsilli şəxslərlə növbəti görüş keçirib. Bu barədə BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

"İyun ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi Erməni əsilli şəxslərə yenidən baş çəkmişlər. Saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb və onlar ailələrindən bağlamalar alıb",  -  o söyləyib.

Hüseynovanın sözlərinə göörə,  bu cür səfərlər zamanı saxlanma şəraiti və rəftar qiymətləndirilir.

"Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır", - Hüseynova əlavə edib.

BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN: Zaxarovanın Qarabağla bağlı açıqlamaları reallığı təhrif edir
Siyasət 11:45
XİN: Zaxarovanın Qarabağla bağlı açıqlamaları reallığı təhrif edir
MEDİA: İranın AzTV-ni "düşmən media" siyahısına salması təəccüb doğurur
Siyasət 16:28
MEDİA: İranın AzTV-ni "düşmən media" siyahısına salması təəccüb doğurur
Əliyev Azərbaycanın İstanbul və Qarsdakı baş konsullarını geri çağırıb
Siyasət 13:32
Əliyev Azərbaycanın İstanbul və Qarsdakı baş konsullarını geri çağırıb
Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib
Siyasət 13:25
Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib
Sabah Tramp Zelenski ilə görüşəcək
Siyasət 12:19
Sabah Tramp Zelenski ilə görüşəcək
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Siyasət 10:05
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Prezident Milix Yevdayevi təltif edib
Siyasət 14:02
Prezident Milix Yevdayevi təltif edib
Zakir Həsənov Pakistana başsağlığı verdi
Siyasət 21:08
Zakir Həsənov Pakistana başsağlığı verdi
Rəşad Aslanov Azərbaycanın Türkiyəyə səfiri təyin edilib
Siyasət 14:06
Rəşad Aslanov Azərbaycanın Türkiyəyə səfiri təyin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol