• $
  • €
  • ₽
  • ₺
  • £

XİN: Zaxarovanın Qarabağla bağlı açıqlamaları reallığı təhrif edir

XİN: Zaxarovanın Qarabağla bağlı açıqlamaları reallığı təhrif edir
28.07.2026 11:45

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı son açıqlamalarını reallığın təhrif edilməsi kimi qiymətləndirib.

XİN-in mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Qarabağ bölgəsi beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya tərəfindən hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb.

"Bu səbəbdən, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) mexanizmlərinin 30 il ərzində Ermənistanın işğalı altında saxlanmış Azərbaycanın suveren ərazilərinə münasibətdə tətbiq edilməsi məsələsini davamlı şəkildə gündəmdə saxlamaq cəhdi və bunun Qarabağ bölgəsinin Ermənistan tərəfindən tanınıb-tanınmaması ilə əlaqələndirilməsi Rusiya tərəfinin Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı rəsmi mövqeyinə zidd olmaqla yanaşı, tamamilə əsassızdır", - Hacızadə deyib.

XİN sözçüsünün sözlərinə görə, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüquqa uyğun şəkildə bərpa edib və bununla da keçmiş münaqişə başa çatıb.

"Bu çərçivədə, Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi təcrübəsinə son qoyulmalıdır", – o əlavə edib.

Bəyanat Rusiyanın XİN sözçüsü Mariya Zaxarovanın iyulun 27-də "Qvardeysk" gənclər forumunda səsləndirdiyi fikirlərə cavab olaraq verilib. Zaxarova bildirib ki, Ermənistan vaxtilə KTMT mexanizmlərinin işə salınmasına çağırsa da, Qarabağın Ermənistan tərəfindən nə öz ərazisi, nə də müstəqil dövlət kimi tanınmaması səbəbindən təşkilatın kollektiv təhlükəsizlik mexanizmlərinin tətbiqi mümkün olmayıb. Azərbaycan isə 2023-cü ildə keçirdiyi antiterror tədbirlərindən sonra Qarabağ üzərində tam suverenliyini bərpa etdiyini bəyan edib.

Aytac Zeynalova 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol