• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəblərdə Çin dilinin tədris olunmasını istəyirik - Nazir

Məktəblərdə Çin dilinin tədris olunmasını istəyirik - Nazir
24.06.2025 16:34

Elm və Təhsil Nazirliyi məktəblərdə Çin dilini tətbiq etmək istəyir. Bu barədə trend elm və təhsil nazirinin çıxışına istinadən yazıb. 

"Məktəblərdə Çin dili tədrisini tətbiq etmək istəyirik. Müəllimə işlədiyi saata görə əməkhaqqı verilmə sistemini məktəblərdə tətbiq etmək alınsa, bu həyata keçiriləcək", - nazir bu gün keçirilən VIII ADA Beynəlxalq Təhsil Konfransında çıxış edərkən deyib.

Bir neçə gün öncə Prezident İlham Əliyevin Çinə səfəri zamanı bir çox sahələrdə, eləcə də elm və texnologiyalar sahəsində əməkdaşlıq haqqında sənədlər imzalanıb. 

Tərəflər tələbə mübadiləsinin davam etdirilməsi, Azərbaycanda Konfutsi İnstitutlarının inkişafı və hər iki ölkədə Azərbaycan və Çin dillərinin tədrisinin təşviqi barədə razılığa gəliblər.

Protokolda Azərbaycan və Çin arasında təhsil və elm sahəsində əməkdaşlıqda birgə universitetlərin yaradılması, müəllim və tələbə mübadiləsi proqramlarının genişləndirilməsi də  nəzərdə tutulub.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
Cəmiyyət 23:55
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
İmişli Şəkər Zavodunda yanğın olub
Cəmiyyət 23:10
İmişli Şəkər Zavodunda yanğın olub
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 22:51
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
Cəmiyyət 16:18
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Cəmiyyət 14:20
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Sabahın hava proqnozu
Cəmiyyət 12:54
Sabahın hava proqnozu
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Cəmiyyət 12:01
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Cəmiyyət 11:52
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Lerik rayonunda zəlzələ olub
Cəmiyyət 11:32
Lerik rayonunda zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol