• $
  • €
  • ₽
  • ₺
  • £

İranla sərhəddə radiasiya fonu normaldır – Nazirliklərdən birgə açıqlama

İranla sərhəddə radiasiya fonu normaldır – Nazirliklərdən birgə açıqlama
24.06.2025 18:07

Azərbaycanın cənub sərhəd rayonlarında aparılan ölçmələr nəticəsində radiasiya fonunda artım qeydə alınmayıb. Bu barədə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin birgə yaydığı məlumatda bildirilir.

Məlumata əsasən, Naxçıvan da daxil olmaqla, ümumilikdə 30 sərhəd məntəqəsində xüsusi cihazlarla havada, torpaqda və su nümunələrində aparılan müayinələrdə süni radionuklidlər və uran izotoplarının təhlükəli səviyyəsi aşkar edilməyib.

Radiasiya şəraitinə fasiləsiz nəzarət məqsədilə Astara, Beyləqan, Zəngilan və Sədərək də daxil olmaqla sərhəd rayonlarında avtomatlaşdırılmış monitorinq stansiyaları gündəlik ölçmələr həyata keçirir.

Hava, torpaq, çay suları və yağış nümunələrində aparılan analizlərə əsasən, bütün radioloji parametrlər normal səviyyədədir və hər hansı radioaktiv çirklənmə aşkarlanmayıb.

Gülnar

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
Cəmiyyət 23:55
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
İmişli Şəkər Zavodunda yanğın olub
Cəmiyyət 23:10
İmişli Şəkər Zavodunda yanğın olub
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 22:51
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
Cəmiyyət 16:18
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Cəmiyyət 14:20
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Sabahın hava proqnozu
Cəmiyyət 12:54
Sabahın hava proqnozu
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Cəmiyyət 12:01
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Cəmiyyət 11:52
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Lerik rayonunda zəlzələ olub
Cəmiyyət 11:32
Lerik rayonunda zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol