• $
  • €
  • ₽
  • ₺
  • £

BDYPİ sürücülərə müraciət edib

BDYPİ sürücülərə müraciət edib
27.06.2025 14:05

Baş Dövlət Yol Polis İdarəsi avtomobillərdə sərnişin və xüsusilə uşaqların daşınması qaydaları ilə bağlı sürücülərə müraciət edib.

Müraciətdə deyilir:

“Təəssüflə bildiririk ki, son vaxtlar bəzi sürücülər tərəfindən sərnişin daşıma qaydalarının kobud şəkildə pozulması hallarına tez-tez rast gəlinir.

Belə ki, hərəkətdə olan avtomobildə sərnişinlərin, xüsusilə uşaqların avtomobilin lyukundan, yaxud pəncərəsindən qollarını, başlarını və ya ayaqüstə duraraq bədənlərini çölə çıxarması çox təhlükəlidir. Bu cür davranışlar nəinki sürücünün və sərnişinin həyatını riskə atır, həm də digər yol hərəkəti iştirakçıları üçün də ciddi təhlükə yaradır. Avtomobil qəzası zamanı təhlükəsizlik kəmərindən, uşaq oturacağından istifadə olunmadıqda ağır nəticələr qaçılmaz olur və bu hal mövcud qanunvericiliyə əsasən inzibati məsuliyyət yaradır.

Unutmayın! Sürücülər sərnişinlərin, xüsusilə uşaqların təhlükəsizliyinə görə birbaşa məsuliyyət daşıyırlar. Hərəkətə başlamazdan əvvəl avtomobildə hər kəsin təhlükəsizlik kəmərini bağladığından əmin olmalıyıq. Eyni zamanda, azyaşlı uşaqlar çəkilərinə uyğun uşaq oturacağında daşınmalıdır. Yadda saxlayın! Hərəkətdə olan avtomobilin salonunda ayaqüstə durmaq, lyukdan və ya pəncərədən bədənimizi çıxarmaq qadağandır.

Hörmətli yol hərəkəti iştirakçıları!

Yol hərəkəti təhlükəsizliyi hər birimizin ümumi məsuliyyətidir. Bir neçə saniyəlik diqqətsizlik, qaydalara riayət etməmək, ölçüyəgəlməz faciələrlə nəticələnə bilər. Həyatınızı və sevdiklərinizi qorumaq üçün hər zaman məsuliyyətli olaq, qaydalara əməl edək”.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
Cəmiyyət 23:55
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
İmişli Şəkər Zavodunda yanğın olub
Cəmiyyət 23:10
İmişli Şəkər Zavodunda yanğın olub
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 22:51
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
Cəmiyyət 16:18
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Cəmiyyət 14:20
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Sabahın hava proqnozu
Cəmiyyət 12:54
Sabahın hava proqnozu
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Cəmiyyət 12:01
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Cəmiyyət 11:52
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Lerik rayonunda zəlzələ olub
Cəmiyyət 11:32
Lerik rayonunda zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol