• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ilin 5 ayında altmış dörd uşaq ailəsinə qaytarılıb - Agentik sədri

Bu ilin 5 ayında altmış dörd uşaq ailəsinə qaytarılıb - Agentik sədri
30.06.2025 12:01

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 64 uşaq dövlət müəssisələrindən ailələrinə qaytarılıb. Bunu jurnalistlərə açıqlamasında Sosial Xidmətlər Agentliyinin rəhbəri Vüqar Behbudov deyib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Agentliyin beş illik fəaliyyətinə dair keçirilən mətbuat konfransında çıxış edən Behbudov, son beş il ərzində 677 uşağın (359 oğlan, 318 qız) müəssisələrə yerləşdirildiyini qeyd edib.

Onun sözlərinə görə, 2022-ci ilin 1 noyabr tarixindən bu günədək 658 uşağın müəssisəyə düşməsinin qarşısı alınıb, bu il isə həmin göstərici 100 nəfər olub.

Ümumilikdə, son beş il ərzində 728 uşağın müəssisələrdən ailələrinə qaytarılması təmin edilib.

Aytac Zeynalova 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
Cəmiyyət 23:55
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
İmişli Şəkər Zavodunda yanğın olub
Cəmiyyət 23:10
İmişli Şəkər Zavodunda yanğın olub
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 22:51
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
Cəmiyyət 16:18
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Cəmiyyət 14:20
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Sabahın hava proqnozu
Cəmiyyət 12:54
Sabahın hava proqnozu
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Cəmiyyət 12:01
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Cəmiyyət 11:52
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Lerik rayonunda zəlzələ olub
Cəmiyyət 11:32
Lerik rayonunda zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol