Yunanıstanda bir azərbaycanlı saxlanılıb

Yunanıstan sahil mühafizəsi Samos adasının şərq sahillərində sürətli qayıqla hərəkət edən və miqrant qaçaqmalçılığında şübhəli bilinən 18 yaşlı Azərbaycan vətəndaşını saxlayıb. Bu barədə yerli mətbuat xəbər verir.
İlkin dindirmə zamanı o, Türkiyədən gətirdiyi qeyri-qanuni miqrantları sahilə buraxdığını etiraf edib.
Onun göstərdiyi ərazidə polis 12 miqrantı taparaq müvəqqəti düşərgəyə yerləşdirib.
Bu hadisədən bir gün əvvəl daha iki azərbaycanlı – 22 və 23 yaşlı şəxslər 24 miqrantla birlikdə saxlanılıb.
Yunanıstan rəsmiləri Türkiyədə fəaliyyət göstərən və azərbaycanlı gəncləri cəlb edən qaçaqmalçı şəbəkələr barədə xəbərdarlıq edib.
N.Təbrizli
Son xəbərlər
Daha çox 