• $
  • €
  • ₽
  • ₺
  • £

Lerik və Astarada sahibkarlar torpaq təyinatı ilə bağlı problemlərlə qarşılaşır - Deputat

Lerik və Astarada sahibkarlar torpaq təyinatı ilə bağlı problemlərlə qarşılaşır - Deputat
14.07.2025 12:20

Lerik və Astarada sahibkarların qarşılaşdığı əsas problemlərdən biri torpaq təyinatları ilə bağlıdır.Bunu Milli Məclisin deputatı Vasif Qafarov iyulun 14-də parlamentə çıxışı zamanı deyib. 

 Deputat qeyd edib ki, Dövlət Meşə Fondu torpaqlarında turizm obyektlərinin tikintisinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi icazə vermir, digər tərəfdən isə əkin kateqoriyasında olan torpaqlarda turizm obyektlərinin salınması mümkünsüzdür. Halbuki bu torpaqlar faktiki olaraq əkin üçün yararsızdır və illərlə istifadəsiz qalır.

Qafarov təklif edir ki, faktiki olaraq əkin üçün yararsız, lakin sənədlərdə əkin torpağı kimi qeyd olunan sahələrin torpaq təyinatı dəyişdirilsin və bu sahələrə turizm təyinatı verilsin. Bu, sahibkarların investisiya təşəbbüslərini dəstəkləyəcək.

Deputat vurğulayıb ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən torpaqların kateqoriyalarının dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə mümkündür. Təyinat üzrə istifadə olunmayan torpaqlarda dəyişiklik torpaq islahatları və regional inkişafın bir hissəsi ola bilər.

O, beynəlxalq təcrübəyə istinadla bildirib ki, Gürcüstanda dağlıq rayonlarda kənd təsərrüfatı torpaqları ekoturizm üçün istifadə edilir, Türkiyədə torpaq təyinatının turizm məqsədilə dəyişdirilməsi üçün sadələşdirilmiş prosedurlar mövcuddur, Avropa İttifaqında isə torpaqların faktiki istifadəsi əsas götürülür və torpaq siyasəti çevikdir.

Deputat təklif edir ki, bu təcrübələr Azərbaycanda da tətbiq olunsun. Əkin üçün yararsız torpaqların turizm məqsədilə istifadəsi regionun sosial-iqtisadi inkişafını sürətləndirəcək, yeni iş yerləri yaradacaq, sahibkarlar üçün əlavə imkanlar açacaq və yerli əhalinin gəlir mənbələrini genişləndirəcək.

Vasif Qafarovun digər təklifləri:

Lerik və Astara rayonlarında əkin kateqoriyasında olan torpaqların keyfiyyət qiymətləndirilməsi (bonitirovka) və faktiki istifadə vəziyyətinin araşdırılması;

Əkin üçün yararsız torpaqların siyahısının hazırlanması və kateqoriya dəyişiklikləri üçün hüquqi prosedurların başlanması;

Turizm məqsədilə torpaq təyinatının dəyişdirilməsi üçün sahibkarlar üçün sadələşdirilmiş müraciət və razılıq mexanizmlərinin tətbiqi;

Lerik və Astara rayonlarının regional inkişaf proqramlarında ayrıca turizm zonası kimi qeyd edilməsi;

Torpaq qanunvericiliyində bu tip relyefə malik bölgələr üçün istisna və güzəştlərin nəzərdə tutulması.

Deputat yekun olaraq vurğulayıb ki, Lerik və Astara kimi özünəməxsus relyefə malik bölgələrdə torpaq siyasəti daha çevik və iqtisadi əsaslı aparılmalıdır ki, bu da regionda investisiya mühitini yaxşılaşdıracaq, turizmin inkişafını sürətləndirəcək və kənd yerlərində həyat səviyyəsini yüksəldəcək.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağcabədidə avtomobillər toqquşub, iki qardaş ölüb
Cəmiyyət 19:24
Ağcabədidə avtomobillər toqquşub, iki qardaş ölüb
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 18:50
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
Cəmiyyət 16:21
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
Media və Yayım Şurası Türkiyədə Azərbaycan əleyhinə kampaniyadan narahatlığını bildirib
Cəmiyyət 15:51
Media və Yayım Şurası Türkiyədə Azərbaycan əleyhinə kampaniyadan narahatlığını bildirib
Prezident və ailəsi Formula 1 Azərbaycan Qran-Prisini izləyir
Cəmiyyət 15:47
Prezident və ailəsi Formula 1 Azərbaycan Qran-Prisini izləyir
Milli Məclisin komissiyası Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyası barədə açıqlama yayıb
Cəmiyyət 13:50
Milli Məclisin komissiyası Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyası barədə açıqlama yayıb
Əmək bazarına hazırlıq indeksi ilin sonunadək 10 universitetdə tətbiq olunacaq - agentlik sədri
Cəmiyyət 13:08
Əmək bazarına hazırlıq indeksi ilin sonunadək 10 universitetdə tətbiq olunacaq - agentlik sədri
Qaradağ rayonunda vulkan püskürüb -Yenilənib
Cəmiyyət 12:55
Qaradağ rayonunda vulkan püskürüb -Yenilənib
Artıq şagirdlər və müəllimlər üçün süni intellekt əsaslı repetitorlar tətbiq olunur - nazir müavini
Cəmiyyət 12:36
Artıq şagirdlər və müəllimlər üçün süni intellekt əsaslı repetitorlar tətbiq olunur - nazir müavini
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol