• $
  • €
  • ₽
  • ₺
  • £

İfa və təsviri sənət imtahanları zamanı şəffaflıq və obyektivlik video yazı ilə təmin edilir - Abbaszadə

İfa və təsviri sənət imtahanları zamanı şəffaflıq və obyektivlik video yazı ilə təmin edilir - Abbaszadə
14.07.2025 14:13

Qabiliyyət imtahanlarında ədalətli qiymətləndirməni təmin etmək məqsədilə bütün ifa və rəsmlər qeydə alınır və qiymətlərlə birlikdə internet portalında yerləşdirilir. Bunu DİM sədri Məleykə Abbaszadə deyib.

“Əvvəllər qiymətləndirmə yalnız 5 nəfərlik komissiya tərəfindən aparılırdı. İndi isə bütün işlər rəqəmsallaşdırılıb, qiymətlər və nümunələr açıq şəkildə yerləşdirilib ki, şəffaflıq tam təmin olunsun,” – Abbaszadə qeyd edib.

DİM rəhbəri qeyd edib ki, bəzi müəllim və ekspertlər öz tələbələrinin üslubunu tanıyaraq qiymət verə bilər, lakin bu risklərə qarşı qiymətləndirmə anonim aparılır. “

Əgər bir ekspertin qiymətləndirməsində qərəz aşkarlanarsa, həmin ekspert məsuliyyət daşıyır və onun adı ictimailəşdirilir,” –  o bildirib.

Məleykə Abbaszadə vurğulayıb ki, bəzi valideyn və abituriyentlər video qeydiyyatın aparılmasına etiraz etsələr də, bu prosesin şəffaf və hüquqa uyğun şəkildə həyata keçirilməsi üçün vacibdir. 

“Əgər biri səhnəyə çıxmaq istəyirsə, onda imtahanda da açıq olmalıdır,” –  o əlavə edib.

Apellyasiya ikinci şans deyil

Abbaszadə bildirib ki, bəzi iştirakçılar apellyasiya prosesindən imtahanı təkrarlamaq üçün istifadə etməyə çalışırlar. 

“Məsələn, deyirlər ki, ‘orada pis ifa etdim, indi yenidən çalım’. Apellyasiya yeni şans deyil. Bu, sadəcə mövcud ifaya və ya rəsmi yazıya yenidən baxılmasıdır,” – o xəbərdarlıq edib.

İdman qabiliyyət imtahanlarında da eyni qaydaların tətbiq olunur.

“Dünya çempionları da rekordlarını məşqdə yox, yarışda göstərməlidirlər. İmtahan nəticələri yalnız rəsmi imtahan günü qeydə alınan performansa əsaslanmalıdır.”


Sonda Abbaszadə vurğulayıb ki, bütün imtahanlarda anonim yazıların yoxlanması və video arxivlərin saxlanması həm müəllimlərə, həm də ekspertlərə obyektivliyi qorumağa imkan verir. 

“Bizim məqsədimiz odur ki, heç kimə iki şans, digərlərinə isə bir şans verilməsin. Bərabərlik prinsipi pozulmamalıdır,” –  o bildirib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağcabədidə avtomobillər toqquşub, iki qardaş ölüb
Cəmiyyət 19:24
Ağcabədidə avtomobillər toqquşub, iki qardaş ölüb
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 18:50
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
Cəmiyyət 16:21
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
Media və Yayım Şurası Türkiyədə Azərbaycan əleyhinə kampaniyadan narahatlığını bildirib
Cəmiyyət 15:51
Media və Yayım Şurası Türkiyədə Azərbaycan əleyhinə kampaniyadan narahatlığını bildirib
Prezident və ailəsi Formula 1 Azərbaycan Qran-Prisini izləyir
Cəmiyyət 15:47
Prezident və ailəsi Formula 1 Azərbaycan Qran-Prisini izləyir
Milli Məclisin komissiyası Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyası barədə açıqlama yayıb
Cəmiyyət 13:50
Milli Məclisin komissiyası Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyası barədə açıqlama yayıb
Əmək bazarına hazırlıq indeksi ilin sonunadək 10 universitetdə tətbiq olunacaq - agentlik sədri
Cəmiyyət 13:08
Əmək bazarına hazırlıq indeksi ilin sonunadək 10 universitetdə tətbiq olunacaq - agentlik sədri
Qaradağ rayonunda vulkan püskürüb -Yenilənib
Cəmiyyət 12:55
Qaradağ rayonunda vulkan püskürüb -Yenilənib
Artıq şagirdlər və müəllimlər üçün süni intellekt əsaslı repetitorlar tətbiq olunur - nazir müavini
Cəmiyyət 12:36
Artıq şagirdlər və müəllimlər üçün süni intellekt əsaslı repetitorlar tətbiq olunur - nazir müavini
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol