• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib

Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17.07.2025 16:03

 

Unibank 2025–2029-cu illəri əhatə edən genişmiqyaslı Dayanıqlılıq Strategiyasını və ona əsaslanan Dayanıqlılıq Siyasətini təsdiq edib. Bu sənədlər bankın milli prioritetlərə, beynəlxalq ESG standartlarına və bazar trendlərinə uyğun uzunmüddətli dəyər yaratmaq məqsədi daşıyan fəaliyyət istiqamətlərini əhatə edir. Strategiya, dayanıqlı maliyyə sahəsində beynəlxalq qabaqcıl təcrübələrə uyğunluğun təmin edilməsi məqsədilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən nəzərdən keçirilib.

Sənədin hazırlanması yaşıl iqtisadiyyatın təşviqi, COP29 və Paris Sazişi çərçivəsində iqlim öhdəlikləri, həmçinin “Azərbaycan 2030” Milli Prioritetləri fonunda bank sektorunun artan rolu ilə əlaqədar aktuallıq qazanıb. Bununla yanaşı, Mərkəzi Bankın dayanıqlı maliyyə sahəsində verdiyi tövsiyələr və beynəlxalq tərəfdaşların gözləntiləri nəzərə alınaraq, Unibank bu istiqamətdə sistemli və strateji yanaşmanı əsas götürüb.

Strategiya beş əsas istiqamət üzrə formalaşdırılıb: korporativ idarəetmə və mədəniyyət, dayanıqlı maliyyə məhsulları, risklərin idarə edilməsi, maraqlı tərəflərlə əməkdaşlıq və şəffaflıq. Hər bir istiqamət bankın ESG hədəflərinə uyğundur və 6 Dayanıqlı İnkişaf Məqsədinə birbaşa və dolayı töhfə verməyi hədəfləyir. Eyni zamanda Unibank dayanıqlılığın korporativ idarəetməyə inteqrasiyası üzrə qabaqcıl beynəlxalq təcrübə və tövsiyələr əsasında institusional strukturu formalaşdırıb. Müşahidə Şurası və İdarə Heyəti səviyyəsində müvafiq komitələr yaradılıb, strategiyanın icrasına nəzarət və koordinasiya mexanizmləri müəyyən edilib.

Unibank artıq bu istiqamətdə konkret addımlar atmağa başlayıb. 2024-cü ildə bank ölkədə ilk dəfə beynəlxalq standartlara uyğun yaşıl istiqraz emissiyasını həyata keçirib. Həmçinin, qabaqcıl beynəlxalq təcrübəni əsas götürərək, yaşıl və sosial layihələrin seçilməsi, dayanıqlı maliyyə alətlərinin gəlirlərinin istifadəsi və onların açıqlanması ilə bağlı əsas prinsipləri müəyyən edən Dayanıqlı Maliyyə Çərçivəsi hazırlanıb və 19 iyul 2024-cü il tarixində Müşahidə Şurası tərəfindən təsdiqlənib.

Strategiyanın icrası barədə məlumatlar “Unibank”ın rəsmi saytında dayanıqlılıq məsələlərinə həsr olunmuş hissədə mütəmadi olaraq paylaşılacaq.

Ətraflı: //unibank.az/az/sustain/index 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağcabədidə avtomobillər toqquşub, iki qardaş ölüb
Cəmiyyət 19:24
Ağcabədidə avtomobillər toqquşub, iki qardaş ölüb
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 18:50
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
Cəmiyyət 16:21
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
Media və Yayım Şurası Türkiyədə Azərbaycan əleyhinə kampaniyadan narahatlığını bildirib
Cəmiyyət 15:51
Media və Yayım Şurası Türkiyədə Azərbaycan əleyhinə kampaniyadan narahatlığını bildirib
Prezident və ailəsi Formula 1 Azərbaycan Qran-Prisini izləyir
Cəmiyyət 15:47
Prezident və ailəsi Formula 1 Azərbaycan Qran-Prisini izləyir
Milli Məclisin komissiyası Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyası barədə açıqlama yayıb
Cəmiyyət 13:50
Milli Məclisin komissiyası Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyası barədə açıqlama yayıb
Əmək bazarına hazırlıq indeksi ilin sonunadək 10 universitetdə tətbiq olunacaq - agentlik sədri
Cəmiyyət 13:08
Əmək bazarına hazırlıq indeksi ilin sonunadək 10 universitetdə tətbiq olunacaq - agentlik sədri
Qaradağ rayonunda vulkan püskürüb -Yenilənib
Cəmiyyət 12:55
Qaradağ rayonunda vulkan püskürüb -Yenilənib
Artıq şagirdlər və müəllimlər üçün süni intellekt əsaslı repetitorlar tətbiq olunur - nazir müavini
Cəmiyyət 12:36
Artıq şagirdlər və müəllimlər üçün süni intellekt əsaslı repetitorlar tətbiq olunur - nazir müavini
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol