• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident Ağdamda məktəb və bağçanın açılışında iştirak edib

Prezident Ağdamda məktəb və bağçanın açılışında iştirak edib
18.07.2025 13:04

 Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də Ağdam şəhərində 960 şagird yerlik 1 nömrəli tam orta məktəb və 160 yerlik körpələr evi-uşaq bağçasının açılış mərasimlərində iştirak edib. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Təhsil müəssisələri “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində inşa olunub. Məktəb binasında 43 sinif otağı, STEAM mərkəzi, laboratoriyalar, 468 yerlik akt zalı və idman zalları mövcuddur. Körpələr evi-uşaq bağçası isə oyun və yataq otaqları, musiqi, rəqs və idman zalları ilə təchiz edilib.

Tikinti işlərinə məktəb üçün 2021-ci ilin mayında, bağça üçün isə 2023-cü ilin fevralında başlanılıb.

Hazırda işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası istiqamətində işlər davam etdirilir.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
Cəmiyyət 16:21
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
Media və Yayım Şurası Türkiyədə Azərbaycan əleyhinə kampaniyadan narahatlığını bildirib
Cəmiyyət 15:51
Media və Yayım Şurası Türkiyədə Azərbaycan əleyhinə kampaniyadan narahatlığını bildirib
Prezident və ailəsi Formula 1 Azərbaycan Qran-Prisini izləyir
Cəmiyyət 15:47
Prezident və ailəsi Formula 1 Azərbaycan Qran-Prisini izləyir
Milli Məclisin komissiyası Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyası barədə açıqlama yayıb
Cəmiyyət 13:50
Milli Məclisin komissiyası Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyası barədə açıqlama yayıb
Əmək bazarına hazırlıq indeksi ilin sonunadək 10 universitetdə tətbiq olunacaq - agentlik sədri
Cəmiyyət 13:08
Əmək bazarına hazırlıq indeksi ilin sonunadək 10 universitetdə tətbiq olunacaq - agentlik sədri
Qaradağ rayonunda vulkan püskürüb -Yenilənib
Cəmiyyət 12:55
Qaradağ rayonunda vulkan püskürüb -Yenilənib
Artıq şagirdlər və müəllimlər üçün süni intellekt əsaslı repetitorlar tətbiq olunur - nazir müavini
Cəmiyyət 12:36
Artıq şagirdlər və müəllimlər üçün süni intellekt əsaslı repetitorlar tətbiq olunur - nazir müavini
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:30
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda 1700 peşə və kvalifikasiya standartı hazırlanıb - nazir
Cəmiyyət 12:25
Azərbaycanda 1700 peşə və kvalifikasiya standartı hazırlanıb - nazir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol