• $
  • £

İlin ilk yarısında 31 cinayət işinin istintaqı tamamlanıb

İlin ilk yarısında 31 cinayət işinin istintaqı tamamlanıb
24.07.2025 16:16

2025-ci ilin ilk altı ayı ərzində Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 39 şəxsə qarşı aparılan 31 cinayət işinin ibtidai istintaqı başa çatdırılaraq məhkəməyə göndərilib. Onlardan ikisi qəsdən adam öldürmə faktları ilə bağlı olub. Bu barədə Baş Prokurorluqdan bildirilib. 

Prokurorluq üç nəfər barəsində qiyabi icraatla aparılan işləri də məhkəməyə göndərib.

Baş prokuror hesabat dövründə qeyri-aşkar cinayətlərin açılmasında daxili işlər orqanları ilə prokurorluq orqanları arasında koordinasiyalı əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Bütün məhkəmə instansiyaları üzrə 11.170 şəxsə qarşı 10.046 iş üzrə dövlət ittihamı müdafiə olunub. Bu müddətdə prokurorluq orqanları tərəfindən 658 apellyasiya və 198 kassasiya protesti verilib, müvafiq olaraq 441 apellyasiya və 49 kassasiya protesti təmin olunub.

Tabe rayon və şəhər prokurorluqlarının fəaliyyətində də nəticələr müsbət olub. Adam öldürmə cinayətləri ötən ilin eyni dövrü ilə müqayisədə 21 hadisə azalaraq 54 fakt təşkil edib, onlardan 53-nün üstü açılıb. Bağlı qalmış bir cinayət hadisəsinin isə cari ilin iyul ayında açıldığı bildirilir.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Lənkəranda avtomobil təmiri sexində partlayış olub
Cəmiyyət 18:03
Lənkəranda avtomobil təmiri sexində partlayış olub
Güclü yağış yağacaq, temperatur kəskin enəcək - Xəbərdarlıq
Cəmiyyət 15:10
Güclü yağış yağacaq, temperatur kəskin enəcək - Xəbərdarlıq
Sabahın havası bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər
Cəmiyyət 15:00
Sabahın havası bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 14:46
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
Cəmiyyət 13:30
Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
Xəzər rayonunda ikimərtəbəli ev yanıb
Cəmiyyət 13:27
Xəzər rayonunda ikimərtəbəli ev yanıb
Bakıda və Abşeron yarımadasında yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
Cəmiyyət 12:30
Bakıda və Abşeron yarımadasında yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
FHN Gəncədə şərti yanğın təlimi keçirib
Cəmiyyət 12:09
FHN Gəncədə şərti yanğın təlimi keçirib
Faktiki hava açıqlanıb
Cəmiyyət 11:21
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol