• $
  • €
  • ₽
  • ₺
  • £

2025-ci ilin birinci yarısında 18 nəfər mina qurbanı olub

2025-ci ilin birinci yarısında 18 nəfər mina qurbanı olub
24.07.2025 16:21

2025-ci ilin birinci yarısında 18 nəfər mina qurbanı olub. Bu barədə Baş Prokurorluqdan bildirilib. 

Rəsmi statistikaya görə, 2020-ci ilin noyabr ayından – İkinci Qarabağ müharibəsinin başa çatmasından – bu günədək mina partlayışları nəticəsində ümumilikdə 400 nəfər zərər çəkib.

Onlardan 70 nəfər həyatını itirib, 330 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Son 4 ildə işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Ümumilikdə 34 996 ədədi piyada əlehinə mina, 21 022 ədədi tank əlehinə mina, 118 999 ədədi partlamamış hərbi sursat olmaqla ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Müharibədən sonrakı dövrdə 176 237 hektar ərazi minadan təmizlənib. 
 
Dünyada mina qurbanlarının 84%-i mülki şəxslərdir. Onların da 37%-ni uşaqlar təşkil edir. Ümumilikdə isə mina qurbanlarının 81%-ni kişilər və oğlan uşaqları təşkil edir. 
 
Azərbaycanda da mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur. Onların 359 nəfərini uşaqlar təşkil edir. 38 nəfəri qadınlardır. 
 
Təkcə İkinci Qarabağ Müharibəsindən sonra mina qurbanlarının sayı 382 nəfər təşkil edib. Onların 55 nəfəri həlak olub. Minaya düşənlərin 143 nəfəri isə mülki şəxslərdir. 

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
Cəmiyyət 16:21
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
Media və Yayım Şurası Türkiyədə Azərbaycan əleyhinə kampaniyadan narahatlığını bildirib
Cəmiyyət 15:51
Media və Yayım Şurası Türkiyədə Azərbaycan əleyhinə kampaniyadan narahatlığını bildirib
Prezident və ailəsi Formula 1 Azərbaycan Qran-Prisini izləyir
Cəmiyyət 15:47
Prezident və ailəsi Formula 1 Azərbaycan Qran-Prisini izləyir
Milli Məclisin komissiyası Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyası barədə açıqlama yayıb
Cəmiyyət 13:50
Milli Məclisin komissiyası Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyası barədə açıqlama yayıb
Əmək bazarına hazırlıq indeksi ilin sonunadək 10 universitetdə tətbiq olunacaq - agentlik sədri
Cəmiyyət 13:08
Əmək bazarına hazırlıq indeksi ilin sonunadək 10 universitetdə tətbiq olunacaq - agentlik sədri
Qaradağ rayonunda vulkan püskürüb -Yenilənib
Cəmiyyət 12:55
Qaradağ rayonunda vulkan püskürüb -Yenilənib
Artıq şagirdlər və müəllimlər üçün süni intellekt əsaslı repetitorlar tətbiq olunur - nazir müavini
Cəmiyyət 12:36
Artıq şagirdlər və müəllimlər üçün süni intellekt əsaslı repetitorlar tətbiq olunur - nazir müavini
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:30
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda 1700 peşə və kvalifikasiya standartı hazırlanıb - nazir
Cəmiyyət 12:25
Azərbaycanda 1700 peşə və kvalifikasiya standartı hazırlanıb - nazir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol