• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıtda 22 min abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq

Sumqayıtda 22 min abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq
24.07.2025 17:40

“Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Regional Qaz İstismar İdarəsi payız-qış mövsümünə hazırlıq çərçivəsində qaz xətlərində əsaslı təmir işləri aparır. Bu səbəbdən iyulun 25-də Sumqayıtın bəzi ərazilərində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Qazın verilişində fasilə saat 10:00-dan etibarən Sumqayıt şəhərinin 16-cı mikrorayonu, Corat qəsəbəsi, Corat və Novxanı bağları, həmçinin 52-ci məhəllə daxil olmaqla bir sıra əraziləri əhatə edəcək.

Qaz kəsintisi yeni siyirtmələrin quraşdırılması və balans qovşaqlarında aparılan əsaslı təmir işləri ilə əlaqədardır. “Azəriqaz” bildirir ki, bununla əlaqədar ümumilikdə 22 minə yaxın abonent təsirlənəcək.

Qurum vətəndaşlardan yaranacaq narahatlığa görə anlayış göstərmələrini xahiş edir və işlərin tamamlanmasının ardından qaz təchizatının dərhal bərpa olunacağını qeyd edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
Cəmiyyət 16:21
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
Media və Yayım Şurası Türkiyədə Azərbaycan əleyhinə kampaniyadan narahatlığını bildirib
Cəmiyyət 15:51
Media və Yayım Şurası Türkiyədə Azərbaycan əleyhinə kampaniyadan narahatlığını bildirib
Prezident və ailəsi Formula 1 Azərbaycan Qran-Prisini izləyir
Cəmiyyət 15:47
Prezident və ailəsi Formula 1 Azərbaycan Qran-Prisini izləyir
Milli Məclisin komissiyası Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyası barədə açıqlama yayıb
Cəmiyyət 13:50
Milli Məclisin komissiyası Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyası barədə açıqlama yayıb
Əmək bazarına hazırlıq indeksi ilin sonunadək 10 universitetdə tətbiq olunacaq - agentlik sədri
Cəmiyyət 13:08
Əmək bazarına hazırlıq indeksi ilin sonunadək 10 universitetdə tətbiq olunacaq - agentlik sədri
Qaradağ rayonunda vulkan püskürüb -Yenilənib
Cəmiyyət 12:55
Qaradağ rayonunda vulkan püskürüb -Yenilənib
Artıq şagirdlər və müəllimlər üçün süni intellekt əsaslı repetitorlar tətbiq olunur - nazir müavini
Cəmiyyət 12:36
Artıq şagirdlər və müəllimlər üçün süni intellekt əsaslı repetitorlar tətbiq olunur - nazir müavini
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:30
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda 1700 peşə və kvalifikasiya standartı hazırlanıb - nazir
Cəmiyyət 12:25
Azərbaycanda 1700 peşə və kvalifikasiya standartı hazırlanıb - nazir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol