• $
  • £

Kazinolarla bağlı dəyişikliklər təsdiqlənib

Kazinolarla bağlı dəyişikliklər təsdiqlənib
29.07.2025 14:59

Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunları təşkil ediləcək.

Prezident İlham Əliyev bununla bağlı Mülki, Cinayət, İnzibati Xətalar Məcəllələrinə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunlara dəyişiklikləri təsdiqləyib.

Nazirlər Kabinetinə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, kazino oyunlarının təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Qeyd edək ki, 2024-cü il mayın 7-də “Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun qəbul edilib.

Tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətləri tənzimləyən həmin qanun süni torpaq sahələrinin yaradılmasının təşkilati və hüquqi əsaslarını və süni torpaq sahələrindən istifadənin, o cümlədən süni torpaq sahələrində tikinti aparılmasının xüsusiyyətlərini müəyyən edib.

Qanun süni torpaq sahələrində sahibkarlıq fəaliyyətinin tənzimlənməsini, o cümlədən süni torpaq sahələrində kazino oyunlarının keçirilməsinin hüquqi və təşkilati əsaslarını müəyyən edilməsini nəzərdə tutur.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Güclü yağış yağacaq, temperatur kəskin enəcək - Xəbərdarlıq
Cəmiyyət 15:10
Güclü yağış yağacaq, temperatur kəskin enəcək - Xəbərdarlıq
Sabahın havası bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər
Cəmiyyət 15:00
Sabahın havası bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 14:46
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
Cəmiyyət 13:30
Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
Xəzər rayonunda ikimərtəbəli ev yanıb
Cəmiyyət 13:27
Xəzər rayonunda ikimərtəbəli ev yanıb
Bakıda və Abşeron yarımadasında yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
Cəmiyyət 12:30
Bakıda və Abşeron yarımadasında yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
FHN Gəncədə şərti yanğın təlimi keçirib
Cəmiyyət 12:09
FHN Gəncədə şərti yanğın təlimi keçirib
Faktiki hava açıqlanıb
Cəmiyyət 11:21
Faktiki hava açıqlanıb
Bu gün peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi keçiriləcək
Cəmiyyət 10:00
Bu gün peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol