• $
  • £

Rusiyanın Ukraynada irs talanı

Rusiyanın Ukraynada irs talanı
30.07.2025 09:14

Şahida Tulaganova (Justice Info üçün)

8 aprel 2025-ci ildə Ukraynanın mədəniyyət və strateji kommunikasiyalar naziri Mykola Tochytskyi “Ukrinform” agentliyinə müsahibəsində bildirdi ki, 2022-ci ilin fevralında başlayan genişmiqyaslı işğaldan bəri Rusiya 1,7 milyondan çox Ukrayna mədəni irsi nümunəsini oğurlayıb. Nazir bu addımı 1954-cü il Haaqa Konvensiyasının pozulması kimi dəyərləndirib.

“Toxtaldığımız ərazilərdən 1 milyon 700 min irs nümunəsi – arxeoloji tapıntılar və muzey kolleksiyaları oğurlanıb. Bu, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Əvvəllər Rusiya bizim adımızı və tariximizi oğurlayanda həmin əşyaları Ermitaşda və ya Moskva muzeylərində nümayiş etdirirdi. İndi isə bu əsərlər qara bazarda açıq şəkildə satılır,” – deyə Tochytskyi bildirib.

2025-ci ilin iyununa qədər UNESCO 501 tarixi obyektin, o cümlədən 34 muzeyin və 2 arxeoloji ərazinin zədələndiyini təsdiqləyib.

Mariupolda yerləşən Kuindji İncəsənət Muzeyinin talan olunması bu mədəni qarətlərin ən parlaq nümunələrindəndir. Burada Ukrayna rəssamı Arxip Kuindjinin əsərləri, İvan Ayvazovskinin dəniz mənzərələri, Nikolay Dubovskinin portretləri və müqəddəs ikonalar saxlanılırdı. Bütün bu əşyalar bir neçə gün içində muzeydən çıxarılaraq Donetskdə müvəqqəti anbara daşındı.

Rusiya rəsmiləri bu prosesi videoya çəkərək, sənət əsərlərinin "müharibə şəraitində qorunması" adı ilə haqq qazandırmağa çalışdı. Lakin daha sonra Mariupolda açıq havada təşkil olunan sərgidə nümayiş etdirilən rəsmlər oğurlanmış orijinallar deyil, onların rəqəmsal surətləri idi.

Xerson azad edildikdən sonra yerli Tarix Muzeyinin də tamamilə talan edildiyi məlum oldu. Mədəniyyət naziri Oleksandr Tkaçenko bu hadisəni İkinci Dünya müharibəsindən sonra muzey kolleksiyalarının ən böyük oğurluqlarından biri adlandırdı. Muzeyin nadir Sarmat dövrü zinət əşyaları da daxil olmaqla, demək olar ki, bütün bölmələri boşaldılmışdı.

Eyni aqibət Xerson İncəsənət Muzeyini də gözlədi. 2022-ci il oktyabrın 30-dan noyabrın 4-dək bütün kolleksiya KamAZ yük maşınlarına yüklənərək çıxarılıb. Bəzi oğurlanmış rəsmlərin sonradan Krımın Simferopol şəhərindəki Tavrida Muzeyində nümayiş etdirildiyi məlum olub.

Prezidentin Krım üzrə nümayəndəsi Tamila Taşeva bildirib ki, Rusiya hərbçiləri yerli tarixçilərin, kolleksiyaçıların evlərini və antik dükanları da hədəf alaraq, minlərlə sənət əsərini və tarixi əşyanı mənimsəyiblər.

Ukraynalı tarixçi Oksana Semenova bu hadisələri "mədəniyyətin silahlaşdırılması" kimi qiymətləndirib: “Yaddaşı silmək və irsi oğurlamaqla işğalçılar bir xalqın tarixini dəyişdirməyə cəhd edirlər.”

2023-cü ildə Avropa İttifaqı Xerson və Mariupol muzeylərinin işğal dövründə kolleksiyaların çıxarılmasında iştirak etmiş şəxslərə qarşı sanksiyalar tətbiq etdi: Tatyana Braçenko, Natalya Kapustnikova və Andrey Malgin bu siyahıya daxil oldular.

Rusiya həmçinin 2023-cü ildə qəbul etdiyi qanunlarla işğal olunmuş ərazilərdən oğurlanmış muzey əşyalarının dövlət reyestrinə daxil edilməsini və onların qaytarılmamasını rəsmiləşdirib. Putinin 12 dekabr 2023-cü ildə imzaladığı digər qanunla bu əşyalar “xüsusi əhəmiyyətli daşınar əmlak” kimi təsnif olunub.

Beynəlxalq hüquq isə belə oğurluqları qadağan edir və 1970-ci il UNESCO Konvensiyasına əsasən, mədəni irsin geri qaytarılması tələb olunur. Lakin sənət əsərlərinin geri alınması, ekspertlərə görə, faktiki olaraq mümkünsüzdür. “Mən 36 illik təcrübəmdə Rusiyadan heç bir əsəri geri ala bilməmişəm,” – deyə Art Recovery International təşkilatının rəhbəri Kriştifer Marinello bildirib.

Ukrayna prokurorlarının dediyinə görə, ruslar yalnız kolleksiyaları deyil, onların kataloqlarını da oğurlayıblar. Hazırda muzey işçiləri kolleksiyaların siyahısını bərpa etməyə çalışırlar. Yeganə ümid – bu əsərlərin beynəlxalq hərraclarda üzə çıxmasıdır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
Mədəniyyət 14:19
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
SAYBU karyerasının 10-cu ilində ilk albomunu təqdim edib — “Məcnun”
Mədəniyyət 17:12
SAYBU karyerasının 10-cu ilində ilk albomunu təqdim edib — “Məcnun”
Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar
Mədəniyyət 13:07
Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Mədəniyyət 20:00
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Mədəniyyət 12:26
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Mədəniyyət 16:23
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Cəmiyyət 15:10
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Cəmiyyət 11:22
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Nəriman Həsənzadə vəfat edib
Mədəniyyət 08:50
Nəriman Həsənzadə vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol