• $
  • €
  • ₽
  • ₺
  • £

IX “Muğam” Televiziya Müsabiqəsinə Laçında yekun vuruldu

IX “Muğam” Televiziya Müsabiqəsinə Laçında yekun vuruldu
25.08.2025 21:06

Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə ərsəyə gələn IX “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi Laçın şəhərində keçirilib.

AZƏRTAC xəbər verir ki, müsabiqənin final mərhələsində gənc xanəndələr Rəis Niftəliyev, Kənan Novruzov, Nərmin Mirzəyeva, Əli Rəşidi, Aycan Şükürlü, Yusif Cəfərbəyli, Aytac Bəybabayeva və azyaşlı ifaçılar Əhəd Ağayev, Kənan Tağızadə, Yusif Mustafayev, Mətləb Əhmədzadə, Murad Nəbizadənin çıxışları dinlənilib. Müsabiqəyə Xalq artistləri Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Sərdar Fərəcov, Vamiq Məmmədəliyev, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi münsiflik edib.

Münsiflər heyətinin məşvərətindən sonra qaliblərin adı elan olunub.

Yeniyetmə ifaçılar arasında birinci yerə Əhəd Ağayev, ikinci yerə Murad Nəbizadə, üçüncü yerə isə Kənan Tağızadə layiq görülüblər.

Gənc xanəndələr arasında isə birinci yeri Aytac Bəybalayeva, ikinci yeri Nərmin Mirzəyeva və üçüncü yeri Rəis Niftəliyev tutublar.

Yeniyetmə və gənclər arasında ilk üç yerin qaliblərinə Heydər Əliyev Fondunun mükafatları və diplomlar təqdim olunub.

Müsabiqənin digər iştirakçılarına da diplomlar verilib.

Tamaşaçılar Əməkdar artist Ehtiram Hüseynovun ifasını dinləyiblər. Sonra qaliblərin ifasında “Qarabağ şikəstəsi” səsləndirilib.

Qeyd edək ki, “Muğam” Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən keçirilir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilən muğam müsabiqələri gənc ifaçıların yaradıcılıq potensialının üzə çıxarılmasına, xalq musiqisinin yaşadılaraq yeni nəsillərə ötürülməsinə və Azərbaycanın muğam sənətinin beynəlxalq aləmdə tanıdılmasına mühüm töhfə verib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Mədəniyyət 12:32
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Mədəniyyət 18:56
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol