• $
  • €
  • ₽
  • ₺
  • £

Alimlərə “Cambridge Press” jurnallarında ödənişsiz məqalə dərc etmək imkanı verilib

Alimlərə “Cambridge Press” jurnallarında ödənişsiz məqalə dərc etmək imkanı verilib
08.10.2025 10:07

Elm və Təhsil Nazirliyi ilə Kembric Universitetinin nəşriyyatı arasında əldə olunan razılaşmaya əsasən, Azərbaycanda fəaliyyət göstərən müəlliflər növbəti 3 il ərzində “Cambridge Press” jurnallarında limitsiz sayda ödənişsiz məqalə dərc edə biləcəklər.

Bu razılaşma nəticəsində azərbaycanlı alimlər Web of Science və Scopus kimi beynəlxalq elmi bazalarda indekslənən 422 açıq əlyetərli (open access) jurnalda minlərlə manat dəyərində olan nəşr xərclərindən azad olunurlar.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin verdiyi məlumata görə, bu addım yerli alimlərin beynəlxalq elmi aləmdə görünürlüğünü artırmağa və elmi tədqiqatların daha geniş yayılmasına xidmət edir.

Bundan əlavə, ölkənin 140 elmi və ali təhsil müəssisəsi “Cambridge Press” jurnallarını müddətsiz və ödənişsiz oxumaq imkanı əldə edib.

Alimlər xidmətə Cambridge Core platforması (cambridge.org/core) vasitəsilə daxil ola bilərlər.

Nazir Emin Əmrullayev bir müddət  öncə ölkədə fəaliyyət göstərən alimlərlə görüşüb.

Əmrullayev alimlərin təkliflərini və hazırda mövcud olan problemlərini dinləyib. 


2025-ci il ölkədə 300-dək alim mükafatlandırılacağı gözlənilir. 


Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi bundan əvvəl açıqlayıb ki, elmi göstəriciləri yüksək olan bir sıra tədqiqatçılara iyuldan başlayaraq hər ay min manatadək vəsait ödənilir. 


Bundan əvvəl elm və təhsil naziri Emin Əmrullayev çıxışlarında bildirib ki, hazırda son 3-5 ildə elmi nailiyyətləri yüksək olan alimlərin fəaliyyətləri araşdırılır.
 
Hazırda Elmi Tədqiqat İnstitutlarında 8 minə yaxın şəxs çalışır, onların 5 minə yaxını sırf elmi araşdırmalarla məşğuldur. 
 
Nazir həmçinin daha öncəki çıxışları zamanı söyləyib ki, son 5 ildə yazı yazmayan alimə alim kimi yanaşmaq doğru deyil.

Bundan əvvəl nazir Emin Əmrullayev onu da bildirib ki, hazırda ölkədə olan şərtlərə görə xaricdə fəaliyyət göstərən alimlər Azərbaycana gəlməkdən imtina edir. 

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə beşaylıq körpə ölüb
Cəmiyyət 19:57
Gəncədə beşaylıq körpə ölüb
Rumıniya sahillərində hücuma məruz qalan gəmidəki azərbaycanlıların hamısı xilas edilib
Cəmiyyət 18:50
Rumıniya sahillərində hücuma məruz qalan gəmidəki azərbaycanlıların hamısı xilas edilib
Bu ay üzrə ölkə ərazisində bütün sosial ödənişlər başa çatdırılıb
Cəmiyyət 18:12
Bu ay üzrə ölkə ərazisində bütün sosial ödənişlər başa çatdırılıb
Dörd rayonda qanunsuz ağac kəsimi: Təbiətə 40 min manatdan çox ziyan dəyib
Cəmiyyət 17:45
Dörd rayonda qanunsuz ağac kəsimi: Təbiətə 40 min manatdan çox ziyan dəyib

Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub
Cəmiyyət 17:09
Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub

Gürcüstanda miqrasiya qaydalarını pozan azərbaycanlılar saxlanılıb
Cəmiyyət 17:02
Gürcüstanda miqrasiya qaydalarını pozan azərbaycanlılar saxlanılıb
Ali təhsilli işsiz gənclərin sayı 9 mini keçib
Cəmiyyət 16:54
Ali təhsilli işsiz gənclərin sayı 9 mini keçib

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq
Cəmiyyət 15:59
Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq
Moskvanın bütün aeroportlarında uçuşlar dayandırılıb
Cəmiyyət 15:49
Moskvanın bütün aeroportlarında uçuşlar dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol