• $
  • £

DİN Osman Gündüzün bank kartlarındakı oğurluqla bağlı sualına cavab verib

DİN Osman Gündüzün bank kartlarındakı oğurluqla bağlı sualına cavab verib
09.10.2025 15:17

Ölkədə bank kartlarından vəsait oğurluğu halları son dövrdə 80%-ə qədər azalıb. Bunu Azərbaycan Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi Yusif Hüseynov deyib.

Azərbaycan İnternet Forumunun prezidenti və İKT sahəsində ekspert Osman Gündüzün   “nə baş verdi ki, vətəndaşların kartlarından vəsait oğurlanması ilə bağlı açıqlamalar dayandırıldı?” sualına cavab olaraq DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi Yusif Hüseynov cavabında deyib  ki, cinayətlərin araşdırılması üçün mərkəzi bankla birgə işçi qrupu yaradılıb və müvafiq tələblər tətbiq olunub.

Onun sözlərinə görə, əvvəllər kredit götürmə əməliyyatları bir neçə saniyə ərzində baş verirdi, lakin görülən tədbirlər nəticəsində oğurluq halları əhəmiyyətli dərəcədə azalıb.

Daxili İşlər Nazirliyinin son statistikasına görə, bu ilin ilk dörd ayı ərzində vətəndaşların kartından 6 milyon manatdan çox pul oğurlanıb. 

2024-cü ildə kart fırıldaqçılığı nəticəsində vətəndaşlara 22 milyon manatdan çox zərər dəyib.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
Cəmiyyət 22:11
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Cəmiyyət 21:34
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Bakıda iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılıb
Cəmiyyət 20:13
Bakıda iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılıb
Bakı-Ələt-Astara magistral yolunda baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 19:28
Bakı-Ələt-Astara magistral yolunda baş verən yanğın söndürülüb - Yenilənib
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 18:44
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - Yenilənib
Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 18:35
Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib
Cəmiyyət 18:03
Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib
“Şəki yaylası”nda ölən Ucalın atası paylaşım edib
Cəmiyyət 18:00
“Şəki yaylası”nda ölən Ucalın atası paylaşım edib
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib
Cəmiyyət 17:47
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol