• $
  • €
  • ₽
  • ₺
  • £

bp Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş nəşrlərə dəstək verib

bp Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş nəşrlərə dəstək verib
17.10.2025 16:57

bp Azərbaycanın musiqi mədəniyyətinin banilərindən olan bəstəkar, maarifçi və publisist Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə onun əsərlərinin çapına dəstək verib. BU barədə bp məlumat yayıb.

Layihəyə bəstəkarın indiyədək dərc olunmamış əsərlərinin toplandığı iki kitab, həyat və yaradıcılığını əks etdirən fotoalbom və Bakıdakı ev-muzeyi üçün məlumat kitabçası daxildir.

Ümumi dəyəri 127,560 manat (75,035 ABŞ dolları) olan layihə “Azərnəşr” tərəfindən həyata keçirilib və konsert proqramını da əhatə edib.

bp şirkəti Azərbaycanda fəaliyyətə başladığı 33 il ərzində neft-qaz layihələrinə tərəfdaşlarla birlikdə 87 milyard dollardan çox sərmayə yatırıb, sosial layihələrə isə 111 milyon dollardan artıq vəsait yönəldib.

Şirkət bildirir ki, sosial sərmayələr təhsil, yerli icmaların inkişafı, sahibkarlıq, ətraf mühit, idman və mədəni irsin təbliği kimi sahələrə yönəlib.

Hazırda bp-də 2395-dən çox azərbaycanlı çalışır, bu da işçi heyətinin 90%-dən çoxunu təşkil edir.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Mədəniyyət 12:32
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Mədəniyyət 18:56
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol