Paşinyan: TRİPP layihəsi region üçün hamıya faydalıdır
Ermənistan Baş naziri Nikol Paşinyan regionda sabitliyi pozmaq istəyən heç bir qüvvənin TRİPP (Transregional İnkişaf və İnteqrasiya Proqramı) yoluna mane ola bilməyəcəyini bildirib.
Onun sözlərinə görə, layihə “hamıya xeyir verən və faydalı” bir təşəbbüsdür.
Paşinyan vurğulayıb ki, layihənin təqdimatı zamanı Gürcüstan, İran və Rusiya tərəfindən birmənalı qarşılanmayacağı ilə bağlı şübhələr var idi.
Lakin baş nazirin fikrincə, Rusiya layihənin həyata keçirilməsində maraqlı tərəflərdən biri olub və layihə Vaşinqton razılaşmalarının nəticəsidir.
Baş nazirin sözlərinə görə, layihədən İran, Gürcüstan, Türkiyə, ABŞ, Mərkəzi Asiya ölkələri və Çin faydalanacaq.
Paşinyan onu da əlavə edib ki, siyasi diskursda layihənin faydalılığı vurğulansa da, yerli reallıqlar konsensuslu yanaşmanın üstün gəldiyini göstərir.
Aytac
Son xəbərlər
Daha çox