• $
  • €
  • ₽
  • ₺
  • £

Altay Göyüşovla Vaqif Allahverdiyev də Baş Prokurorluğa çağırılıb

Altay Göyüşovla Vaqif Allahverdiyev də Baş Prokurorluğa çağırılıb
14.11.2025 17:44

Vaqif Allahverdiyev və  Altay Göyüşov da Baş Prokurorluğa çağırılıb. Bununla bağlı rəsmi bildiriş İTV-də yayımlanıb.

Məlumata görə, ABŞ-da yaşayan hazırda Viktor Aleksandr kimi təqdim edilən Vaqif Allahverdiyevə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib.

Bildirilib ki, o, bu il noyabrın 21-də 16:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.

Vaqif Alllahverdiyev barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin bu il 23 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Sentyabrın 18-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Vaqif Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

Qeyd olunub ki, o, ABŞ-ın Kaliforniya statında yaşadığı dövrdə ad, soyadını Viktor Aleksandr kimi dəyişib. 2017-ci ilin mart-may aylarında ayrı-ayrı 5 video müraciət hazırlayıb. O, həmin videolarda Azərbaycan vətəndaşlarına müraciət edib, ictimai əmin-amanlığın və dincliyin, təhlükəsizliyin pozulmasına səbəb olan, hakimiyyət orqanlarının fəaliyyətini iflic vəziyyətə salmağa, Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi yolu ilə çıxmağı təşviq edən açıq çağırışlar edib.

Təqsirləndirilən şəxsə qiyabi icraatın açıla bilcəyi, qiyabi hökmün və məhkəmənin digər qərarının çıxarılacağı barədə xəbərdarlıq edilib.

Bildirilib ki, çağırışa gəlmədiyi halda barəsində qiyabi icraat açıla, qiyabi hökm və ya məhkəmənin digər yekun qərarı çıxarıla bilər.

Digər təqsirləndirilən şəxs Göyüşov Altay Rəşid oğlu isə bu il noyabrın 21-də 16:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.

Altay Göyüşov barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib.

O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub.

Binəqədi Rayon Məhkəməsinin bu il 23 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Sentyabrın 17-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək A. Göyüşovun barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

Qeyd olunub ki, o, 20 aprel 2020-ci ildə “YouTube” internet platformasında “Düz Danışaq” adlı kanalda və 2 sentyabr 2024-cü il və 1 yanvar 2025-ci ildə “Altay Göyüşov” adlı Facebook kanalında qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar edib və yayıb.

Təqsirləndirilən şəxsə qiyabi icraatın açıla bilcəyi, qiyabi hökmün və məhkəmənin digər qərarının çıxarılacağı barədə xəbərdarlıq edilib.

Bildirilib ki, çağırışa gəlmədiyi halda barəsində qiyabi icraat açıla, qiyabi hökm və ya məhkəmənin digər yekun qərarı çıxarıla bilər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Abşeronda çoxmərtəbəli yaşayış binasında yanğın
Cəmiyyət 17:36
Abşeronda çoxmərtəbəli yaşayış binasında yanğın
Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək
Cəmiyyət 16:38
Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək
Ötən il istehsalat qəzalarında ölənlərin sayı açıqlanıb
Cəmiyyət 15:17
Ötən il istehsalat qəzalarında ölənlərin sayı açıqlanıb
Texnologiya dərsində yemək hazırlayan şagirdlər zəhərləniblər
Cəmiyyət 14:47
Texnologiya dərsində yemək hazırlayan şagirdlər zəhərləniblər
Bakıda bu yollar üç gecə bağlı olacaq
Cəmiyyət 14:37
Bakıda bu yollar üç gecə bağlı olacaq
Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü başlayıb
Cəmiyyət 14:02
Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü başlayıb
9 ayda velosipedçilərin vurulması ilə nəticələnən 16 qəza baş verib
Cəmiyyət 13:52
9 ayda velosipedçilərin vurulması ilə nəticələnən 16 qəza baş verib
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl qısa söhbət ediblər
Cəmiyyət 13:31
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl qısa söhbət ediblər
2026-cı il Nobel Sülh mükafatının laureatı açıqlanıb
Cəmiyyət 13:09
2026-cı il Nobel Sülh mükafatının laureatı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol