• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlərin həcmində 11,4% azalma olacaq

Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlərin həcmində 11,4% azalma olacaq
19.11.2025 11:30

2026-ci il Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərin həcmi 11,4% azalacaq. Bunu deputat Azər Əmiraslanov büdcə layihəsinə münasibət bildirərkən deyib.

Deputat deyib ki, xərclərin artırılması hər zaman rifaha səbəb olmur və beynəlxalq təcrübə də bunu göstərir.

Onun sözlərinə görə, yeni büdcə zərfi vergi yükünün artırılmasını deyil, qeyri-neft sektorunun inkişafına təkan verərək büdcə dayanıqlığını möhkəmləndirməyi hədəfləyir.

Əmiraslanov qeyd edib ki, büdcənin həcminin böyüməsi sadəcə vergi dərəcələrinin artırılması ilə deyil, iqtisadi aktivliyin genişləndirilməsi, istehsal və xidmət sahələrinin gücləndirilməsi hesabına mümkün olmalıdır.

 Azərbaycan büdcəsi son illərdə böyük ölçüdə ARDNF transfertlərindən asılı olub. Hökumət bu asılılığı azaltmaq və gəlirləri şaxələndirmək üçün 2025–2026-cı illər üzrə fiskal çərçivədə qeyri-neft sektorunda vergi bazasının genişləndirilməsi, rəqəmsal iqtisadiyyatın stimullaşdırılması və kölgə iqtisadiyyatının azaldılmasını prioritet elan edib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Siyasət 18:38
XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Siyasət 18:08
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Siyasət 12:47
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Siyasət 12:12
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol