• $
  • €
  • ₽
  • ₺
  • £

12-ci görüş Qəbələdə keçirilib - Paşinyanın müavini Azərbaycanda

12-ci görüş Qəbələdə keçirilib - Paşinyanın müavini Azərbaycanda
28.11.2025 19:33

Noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 12-ci görüşü keçirilib.

Bu barədə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyi məlumat yayıb.

Məmnunluqla qeyd olunub ki, komissiyaların 12-ci görüşü tərəflərdən birinin ərazisində – Azərbaycanın Qəbələ şəhərində keçirilir.

Görüş zamanı tərəflər 2025-ci il yanvarın 16-da keçirilmiş 11-ci görüşün yekunları üzrə əldə olunmuş, delimitasiyası üzrə kompleks işlərin dövlət sərhədinin şimal sahəsindən başlayaraq Azərbaycan, Ermənistan və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan və Ermənistanın İranla sərhədinə qədər başlanması barədə razılaşmanı qeyd ediblər.

Tərəflər delimitasiya tədbirləri ilə bağlı təşkilati və texniki məsələlər üzrə ətraflı fikir mübadiləsi aparıblar.

Həmçinin delimitasiya işlərinin həyata keçirilməsi qaydasına dair müvafiq təlimat layihələri müzakirə olunub.

Şahin Mustafayev və Mher Qriqoryan qarşılıqlı maraq doğuran məsələlər üzrə ayrıca fikir mübadiləsi aparıblar.

Tərəflər növbəti görüşün tarixini iş qaydasında, Ermənistanın şəhərlərindən birində müəyyən etmək barədə razılığa gəliblər

Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Siyasət 16:40
İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar
Siyasət 16:10
İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar
İlham Əliyev Ramzan Kadırovu qəbul edib
Siyasət 15:48
İlham Əliyev Ramzan Kadırovu qəbul edib
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Siyasət 14:02
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Deputatlar və QHT nümayəndələri ABŞ Konqresini 907-ci maddəni ləğv etməyə çağırıblar
Siyasət 11:30
Deputatlar və QHT nümayəndələri ABŞ Konqresini 907-ci maddəni ləğv etməyə çağırıblar
İlham Əliyev 71 birinci instansiya məhkəməsinə hakim təyin edib
Siyasət 10:58
İlham Əliyev 71 birinci instansiya məhkəməsinə hakim təyin edib
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 20:33
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
Siyasət 16:36
Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
İlham Əliyev və Pezeşkianla görüşüb
Siyasət 16:07
İlham Əliyev və Pezeşkianla görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol