• $ 1.7
  • € 1.9394
  • ₽ 0.021697
  • ₺ 0.0364
  • £ 2.2511

Azərbaycan elmi mühitində “beyin köçü” əsas problem olaraq qalır — STM sədri

Azərbaycan elmi mühitində “beyin köçü” əsas problem olaraq qalır — STM sədri
03.12.2025 10:27

Sosial Tədqiqatlar Mərkəzinin 2024-cü ildə elmi müəssisələrdə apardığı sorğuya görə, alimlərin 39,7%-i “beyin köçü”nü, 38,9%-i kadr və karyera yüksəlişini, 34,6%-i isə alimin imicini əsas problemlər sırasında göstərib. Bu barədə Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc bu gün keçirilən dəyirmi masada çıxışı zamanı deyib. 

Deputatın sözlərinə görə, elmi ideyalar texnoloji inqilabların hərəkətverici qüvvəsidir və Azərbaycanda yüksək ixtisaslı insan resursu mövcud olsa da, sistemli və davamlı mühitin formalaşdırılması zəruridir. 

O, Harvard təhsilli məmurlar, ADA Universitetinin təhsil modeli, beynəlxalq tədqiqat mərkəzlərində çalışan azərbaycanlılar və Səlcuk Bayraqdara bənzər nümunələri göstərərək “MTİ mühitinin” ölkədə qurula biləcəyini qeyd edib.

Oruc xatırladıb ki, 2021-ci ildən bəri Avropa İttifaqının Horizon Europe proqramı çərçivəsində təkcə İspaniya qurumları R&D layihələri üçün 4 milyard avro əldə edib. Onun fikrincə, iqtisadi inkişaf və məşğulluq artımı elmin və innovasiyanın geniş maliyyələşdirilməsi ilə üst-üstə düşür.

Deputat həmçinin elmi infrastrukturun paytaxtda cəmlənməsini problemlərdən biri kimi göstərib: elmi tədqiqat təşkilatlarının 100-dən 90-ı Bakıda yerləşir. 

O, regionlarda elmi ekosistemin zəifliyini nəsillərarası varislik və mütəxəssis hazırlığı üçün risk kimi qiymətləndirib.

Oruc qeyd edib ki, 2024-cü ilin ilk 8 ayında azərbaycanlı alimlərin Scopus bazasında dərc olunan məqalələrinin sayı 1 800-dən 2 382-yə yüksəlib, lakin qrant mədəniyyəti və xarici dil maneələri elmi fəaliyyətdə irəliləyişə təsir göstərir.

 Deputatın vurğuladığı digər çatışmazlıqlar arasında laboratoriya və texniki bazanın məhdudluğu, elmi mövzu seçiminin adekvatlığı, beynəlxalq inteqrasiyanın zəifliyi və yerli elmi jurnalların məhdud əhatəsi yer alır.

O bildirib ki, Prezident İlham Əliyevin dəstəyi ilə Texnofest kimi təşəbbüslər gənclər üçün texnoloji simvolika yaratsa da, elm və innovasiya mühiti orta təhsil səviyyəsindən başlayaraq sistemli şəkildə qurulmalıdır.

 Deputatın sözlərinə görə, “cəmiyyət Big Data, süni intellekt, 5G texnologiyalar, dronlar və sosial robotlar üzrə elmi nəticələr gözləyir.”

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial media hesablarında Lyayenin səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 23:51
Prezidentin sosial media hesablarında Lyayenin səfəri ilə bağlı videoçarx paylaşılıb
İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər - Video - Yenilənib
Siyasət 23:19
İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər - Video - Yenilənib
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub - Yenilənib
Siyasət 23:09
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub - Yenilənib
Azərbaycan enerji sistemini Aİ ilə birləşdirəcək - Fon der Lyayen
Siyasət 20:03
Azərbaycan enerji sistemini Aİ ilə birləşdirəcək - Fon der Lyayen
Aİ Cənubi Qafqazda bağlantı layihələrinə 200 milyon avro qrant ayıracaq
Siyasət 19:59
Aİ Cənubi Qafqazda bağlantı layihələrinə 200 milyon avro qrant ayıracaq
ABŞ-la əməkdaşlığın genişlənməsi investisiyalara təkan verə bilər - Şərifov
Siyasət 19:58
ABŞ-la əməkdaşlığın genişlənməsi investisiyalara təkan verə bilər - Şərifov
Azərbaycanın qaz ixracının yarısı Aİ ölkələrinin payına düşür - Prezident
Siyasət 19:36
Azərbaycanın qaz ixracının yarısı Aİ ölkələrinin payına düşür - Prezident
İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü olub
Siyasət 18:30
İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü olub
Ursula Fon der Lyayen Bakıda rəsmi səfərdədir
Siyasət 16:50
Ursula Fon der Lyayen Bakıda rəsmi səfərdədir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol