• $
  • €
  • ₽
  • ₺
  • £

Bayramov Hakan Fidanla görüşüb

Bayramov Hakan Fidanla görüşüb
04.12.2025 09:12

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Hakan Fidan 3 dekabr 2025-ci ildə ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində görüşərək ikitərəfli əlaqələr və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə tərəflər Azərbaycan-Türkiyə münasibətlərinin strateji müttəfiqlik səviyyəsində inkişaf etdiyini bildiriblər və siyasi dialoqun yüksək səviyyədə davam etməsinin vacibliyini vurğulayıblar.

Nazirlər iqtisadiyyat, ticarət, energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlıq layihələrini, həmçinin regional bağlantı təşəbbüslərinin perspektivlərini nəzərdən keçiriblər.

Bayramov və Fidan beynəlxalq təşkilatlar çərçivəsində sıx koordinasiyanın əhəmiyyətinə toxunub, iki ölkənin qarşılıqlı dəstəyinin regional sabitliyə müsbət təsir göstərdiyini qeyd ediblər.

Tərəflər əlavə olaraq digər ikitərəfli və regional məsələlər barədə fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Siyasət 18:38
XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Siyasət 18:08
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Siyasət 12:47
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Siyasət 12:12
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol