• $
  • £

Naxçıvanda deputatların iclaslardan yayınmasına görə cəza sərtləşdirilir

Naxçıvanda deputatların iclaslardan yayınmasına görə cəza sərtləşdirilir
04.12.2025 14:12

Naxçıvan Muxtar Respublikasında deputat intizam qaydaları sərtləşdirilir. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”nə dəyişiklik edən qanun layihəsinə əsasən, Ali Məclisin 5 iclasını üzrsüz səbəbdən buraxan deputatın mandatına xitam veriləcək.

Bu, əvvəlki qaydadan xeyli sərtdir. Mövcud qanunvericiliyə görə, deputat il ərzində 10 iclası və ya növbəti sessiyanın bütün iclaslarını üzrsüz səbəbdən buraxdıqda məsələ İntizam Komissiyasına göndərilir, araşdırma aparılır və yalnız rəy əsasında mandatın itirilməsi Ali Məclisin müzakirəsinə çıxarılır.

İntizam proseduruna əsasən, məsələ deputatın iştirakı ilə — bu mümkün olmadıqda isə iştiraksız — iclasda müzakirə edilir. Deputatlar yalnız mandatın itirilməsi üçün əsasların olub-olmadığını aydınlaşdırmaq və çıxış etmək hüququna malikdirlər. Mandatın alınması barədə qərar ən azı 23 səs topladıqda qəbul edilir.

Yeni dəyişiklik deputatların iclas intizamının gücləndirilməsi məqsədi daşıyır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
Cəmiyyət 22:11
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Cəmiyyət 21:34
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Bakıda iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılıb
Cəmiyyət 20:13
Bakıda iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılıb
Bakı-Ələt-Astara magistral yolunda baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 19:28
Bakı-Ələt-Astara magistral yolunda baş verən yanğın söndürülüb - Yenilənib
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 18:44
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - Yenilənib
Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 18:35
Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib
Cəmiyyət 18:03
Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib
“Şəki yaylası”nda ölən Ucalın atası paylaşım edib
Cəmiyyət 18:00
“Şəki yaylası”nda ölən Ucalın atası paylaşım edib
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib
Cəmiyyət 17:47
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol