• $
  • €
  • ₽
  • ₺
  • £

"Temu" adı ilə vətəndaşlara saxta iş təklif olunur - Diqqətli olun!

"Temu" adı ilə vətəndaşlara saxta iş təklif olunur - Diqqətli olun!
05.12.2025 16:43

Azərbaycan Elektron Təhlükəsizlik Xidməti (ETX) son günlər sosial şəbəkələrdə, xüsusilə Telegram vasitəsilə “Temu 1106” adı ilə yayılan iş təkliflərinin dələduzluq fəaliyyətinin bir hissəsi olduğunu bildirib.

Qurumun məlumatına görə, həmin hesab vətəndaşlara “evdən onlayn qazanc”, “asan iş”, “sifarişlərin icrasına görə yüksək gəlir” kimi təqdim edilən saxta elanlar göndərir və onları müxtəlif keçidlərə daxil olmağa təşviq edir. ETX dələduzların bu üsulla istifadəçilərin şəxsi məlumatlarını və maliyyə vəsaitlərini ələ keçirdiyini qeyd edib.

ETX vətəndaşlara şübhəli mənbələrdən daxil olan mesajlardakı keçidlərə daxil olmamağı, şəxsi və bank məlumatlarını heç bir halda üçüncü tərəflərə təqdim etməməyi tövsiyə edib.

Qurum son günlər oxşar onlayn fırıldaqçılıq hallarının artdığını bildirərək istifadəçiləri diqqətli olmağa çağırıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda oktyabrın ilk günləri hava qeyri-sabit keçəcək
Cəmiyyət 18:07
Azərbaycanda oktyabrın ilk günləri hava qeyri-sabit keçəcək

MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
Cəmiyyət 17:39
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
Cəmiyyət 17:21
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı saxlanılıb
Cəmiyyət 16:49
Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı saxlanılıb
Sabah bu ərazilərdə qaz kəsiləcək
Cəmiyyət 16:31
Sabah bu ərazilərdə qaz kəsiləcək

Masazırda yaşayış binasında yanğın baş verib
Cəmiyyət 16:10
Masazırda yaşayış binasında yanğın baş verib
Zahid Oruc dövlət qulluğu sertifikatının üç il qüvvədə qalmasını təklif edib
Cəmiyyət 15:52
Zahid Oruc dövlət qulluğu sertifikatının üç il qüvvədə qalmasını təklif edib
Razi Nurullayev xüsusi satınalmalar üzrə məlumatların açıq yayımlanmasını təklif edib
Cəmiyyət 15:28
Razi Nurullayev xüsusi satınalmalar üzrə məlumatların açıq yayımlanmasını təklif edib
Suraxanı və Abşeronda 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlanıb
Cəmiyyət 15:20
Suraxanı və Abşeronda 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol