• $
  • £

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
07.12.2025 13:31

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 7-də Qırğızıstan Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident Bakıda Azərbaycanla Qırğızıstan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasının keçiriləcəyini  deyərək, bunu ölkələrimiz arasında sıx qarşılıqlı fəaliyyətin göstəricisi kimi qiymətləndirib.

Son illərdə ikitərəfli münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayan dövlət başçısı bu məsələdə yüksəksəviyyəli qarşılıqlı səfərlərin roluna toxunub.

Qarabağın və Şərqi Zəngəzurun bərpasına Qırğızıstan tərəfindən göstərilən dəstəyi vurğulayan Prezident Ağdam rayonunda Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin binasının inşasına görə Prezident Sadır Japarova və qırğız xalqına bir daha təşəkkür edib.

Azərbaycan Prezidenti Qırğızıstanın dövlət başçısı tərəfindən hədiyyə olaraq 200 yakın işğaldan azad edilmiş ərazilərimizə göndərilməsini də dostluq münasibətimizin təzahürü olduğunu deyib.

Dövlət başçısı Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin, Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının və Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışlarını məmnunluqla xatırlayıb.

İnvestisiya layihələrinə toxunan Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında İssık-Kul gölünün sahilində mehmanxananın tikintisi üzrə imzalanmış sazişi də vurğulayıb.

Siyasi qarşılıqlı fəaliyyətin gündəliyinin çox geniş olduğunu deyən Prezident İlham Əliyev hər iki dövlət başçısının qərarı ilə yaradılan Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk layihələrin maliyyələşdirilməsinə başlanıldığını, bir neçə layihənin isə maliyyələşmə mərhələsində olduğunu qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, Fondun kapitalının formalaşması üçün maliyyə vəsaiti ayrılıb və layihələrin sayının artacağı təqdirdə, Azərbaycan tərəfindən əlavə vəsait ayrılacaq.

Prezident Əliyev Qırğızıstanın Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasına dəstək verən ilk dövlətlərdən biri olduğunu deyərək, bunun əlaqələrin qardaşlıq xarakteri daşımasının təcəssümü olduğunu vurğulayıb.

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olduğunu qeyd edən dövlət başçısı buna görə Qırğızıstana və digər ölkələrə minnətdarlığını bildirərək vurğulayıb ki, bu, Mərkəzi Asiya ölkələri ilə Cənubi Qafqaz regionunu daha sıx bağlayacaq, hər iki istiqamətdə fasiləsiz və sabit yükdaşımanın təmin edilməsində, xalqlar arasında qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsində öz rolunu oynayacaq.

Qəbula görə nümayəndə heyətinin adından minnətdarlıq edən Bakıt Torobayev, ilk növbədə, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Sadır Japarova çatdırmağı xahiş edib.

Qonaq qeyd edib ki, ümumi tarixi köklərə, əsrlər boyu mövcud olan dostluğa əsaslanan ikitərəfli əlaqələrimiz Azərbaycan və Qırğızıstan prezidentlərinin siyasi iradəsi nəticəsində strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə qalxıb.

Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakı ilə Bişkek arasında birbaşa hava əlaqəsinin olmasının önəminə toxunaraq, gələcəkdə bu istiqamətdə reyslərin sayının artırılmasının əhəmiyyətini vurğulayıb.

Bakıt Torobayev Qırğızıstanda Azərbaycan Prezidentinin səfərini səbirsizliklə gözlədiklərini deyib.

Söhbət zamanı energetika, nəqliyyat, qarşılıqlı investisiya qoyuluşu, humanitar, təhsil, kənd təsərrüfatı və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Latviya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Siyasət 20:25
Latviya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş olub
Siyasət 19:03
İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş olub

Corcia Meloni mayın 5-də Azərbaycana gələcək
Siyasət 16:10
Corcia Meloni mayın 5-də Azərbaycana gələcək
Hesablama Palatasının 2025-ci il üzrə hesabatı Milli Məclisdə qəbul edilib
Siyasət 13:24
Hesablama Palatasının 2025-ci il üzrə hesabatı Milli Məclisdə qəbul edilib
Deputat: Dövlət vəsaitlərində yüzmilyonluq pozuntular ciddi siqnaldır
Siyasət 12:52
Deputat: Dövlət vəsaitlərində yüzmilyonluq pozuntular ciddi siqnaldır
Deputatlar Belçika və Niderland qətnamələrini rədd edir
Siyasət 11:46
Deputatlar Belçika və Niderland qətnamələrini rədd edir
Əli Əsədov iclas keçirib
Siyasət 18:14
Əli Əsədov iclas keçirib
Əliyev: Qlobal qeyri-müəyyənlik fonunda multilateralizm və əməkdaşlıq vacibdir
Siyasət 08:52
Əliyev: Qlobal qeyri-müəyyənlik fonunda multilateralizm və əməkdaşlıq vacibdir
Bayramov Tailandın Baş naziri ilə görüşdə əməkdaşlıq və UNESCAP prioritetlərini müzakirə edib
Siyasət 08:25
Bayramov Tailandın Baş naziri ilə görüşdə əməkdaşlıq və UNESCAP prioritetlərini müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol