• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və İran arasında nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlıq genişlənir- Ceyhun Bayramov

Azərbaycan və İran arasında nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlıq genişlənir- Ceyhun Bayramov
08.12.2025 13:26

Araz çayl üzərində inşa olunan yeni körpünün başa çatdırılması üzrə işlər davam edir və layihə tam hazır olduqdan sonra bölgədə mövcud bütün körpülərlə müqayisədə ən yüksək buraxılış qabiliyyətinə malik infrastrukturlardan biri olacaq. Bunu Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov bildirib.

O bildirib ki, körpünün istifadəyə verilməsi iki ölkə arasında nəqliyyat, ticarət və humanitar əlaqələrin inkişafına mühüm töhfə verəcək.

"Xudafərin və Qız qalası hidroqovşaqları, həmçinin su elektrik stansiyalarının tikintisi iki ölkə üçün strateji əhəmiyyət daşıyan layihələrdir.bu il əldə edilmiş razılaşmaların icrası çərçivəsində Bakı–Tehran–Bakı marşrutu üzrə avtobus reyslərinin sayının artırılmasından məmnunluq duyuruq.. Bununla yanaşı, Bakı–Təbriz–Bakı aviareysinin açılması da yüksək qiymətləndiririk",- nazir bilfirib

Nazir əlavə edib ki, Azərbaycan ilə İran arasında ikitərəfli siyasi dialoq fəal şəkildə davam edir.

"Xarici İşlər Nazirlikləri arasında mütəmadi təmaslar, müxtəlif istiqamətlər üzrə məsul qurumlar arasında qarşılıqlı əlaqələr genişlənir. Yaxın günlərdə iki ölkənin müvafiq qurumları arasında konsulluq məsələləri üzrə məsləhətləşmələr keçirilib. Beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq mövcuddur. Bu istiqamətdə xüsusilə BMT və onun agentlikləri, eləcə də UNESCO çərçivəsində həyata keçirilən birgə təşəbbüslər və nominasiya layihələri qeyd olunub",nazir bildirib.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Siyasət 18:38
XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Siyasət 18:08
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Siyasət 12:47
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Siyasət 12:12
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol