• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ilin 10 ayında Azərbaycan–İran ticarət dövriyyəsi 520 milyon dollar olub

Bu ilin 10 ayında Azərbaycan–İran ticarət dövriyyəsi 520 milyon dollar olub
08.12.2025 13:34

Azərbaycan və İran arasında ticarət dövriyyəsi 2025-ci ilin ilk 10 ayında 520 milyon dollar təşkil edib. Bu göstərici ötən ilin 650 milyon dollarlıq dövriyyəsindən aşağı olsa da, tərəflər iqtisadi potensialın daha yüksək olduğunu bildirib. Bunu Xarici işlər naziri Ceyhun Bayramov bildirib .

Bayramov Astaraçay üzərində yeni avtomobil körpüsü və gömrük-keçid məntəqəsinin istifadəyə verildiyini, Ağvənd–Kəlalə körpüsünün isə 2026-cı ilin əvvəlində tamamlanacağını deyib. 

Onun sözlərinə görə, Araz çayı üzərindəki bu körpü mövcud keçidlər arasında ən yüksək buraxılış qabiliyyətinə malik olacaq.

Nazir həmçinin Xudafərin və Qız Qalası hidroelektrik layihələrinin, eləcə də Bakı–Təbriz–Bakı aviareysinin açılmasının ikitərəfli əməkdaşlığı gücləndirdiyini qeyd edib.

Bayramov İran tərəfi ilə aparılan danışıqlarda regional təhlükəsizlik, enerji, nəqliyyat və humanitar əməkdaşlığın, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyanın müzakirə edildiyini deyib. 

O, eyni zamanda Ermənistan–Azərbaycan sülh prosesi və işğaldan azad olunan ərazilərdə aparılan bərpa işləri barədə Tehranı məlumatlandırıb.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Siyasət 18:38
XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Siyasət 18:08
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Siyasət 12:47
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Siyasət 12:12
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol