• $
  • £

Elnur Soltanov: İqlim tədbirləri iqtisadi istehsala zərər verməməlidir

Elnur Soltanov: İqlim tədbirləri iqtisadi istehsala zərər verməməlidir
08.12.2025 16:00

İqlim məsələləri üzrə görülən tədbirlər ölkənin iqtisadi istehsalına mənfi təsir göstərməməlidir. Bunu energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisin Təbbi ehtiyatlar, energetika və ekologiya komitəsinin “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda keçirilən elmi-praktik konfransda bildirib.

Nazir müavini həmçinin bildirib ki, rəqəmsallaşma istiqamətində enerji sektorunda sürətli dönüş baş verir.

Rəsmi açıqlamaya görə, “Azəristiliktəchizat” və SOCAR-da rəqəmsal idarəetməyə keçidlə bağlı mühüm proseslər icra olunur. Soltanov deyib ki, rəqəmsallaşma məhsuldarlığı artırsa da, enerji infrastrukturu kiberhücumlara daha açıq hala gəlir və bu səbəbdən qoruyucu mexanizmlər gücləndirilir.

Onun sözlərinə görə, “Azərenerji”də hazırda 143 sistem rəqəmsallaşdırılıb, son beş ildə isə fiber-optik şəbəkənin həcmi əhəmiyyətli dərəcədə artırılıb. Müavin vurğulayıb ki, enerji sahəsində süni intellektin inteqrasiyası üçün tələb olunan texniki baza artıq formalaşıb və bütün sistemlər uyğunlaşdırılıb.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
Cəmiyyət 22:11
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Cəmiyyət 21:34
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Bakıda iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılıb
Cəmiyyət 20:13
Bakıda iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılıb
Bakı-Ələt-Astara magistral yolunda baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 19:28
Bakı-Ələt-Astara magistral yolunda baş verən yanğın söndürülüb - Yenilənib
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 18:44
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - Yenilənib
Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 18:35
Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib
Cəmiyyət 18:03
Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib
“Şəki yaylası”nda ölən Ucalın atası paylaşım edib
Cəmiyyət 18:00
“Şəki yaylası”nda ölən Ucalın atası paylaşım edib
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib
Cəmiyyət 17:47
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol