• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Aİ–Ermənistan sənədinə etiraz edib

Azərbaycan Aİ–Ermənistan sənədinə etiraz edib
09.12.2025 14:55

Azərbaycan Brüsseldə qəbul edilmiş “Aİ–Ermənistan Tərəfdaşlıq Gündəliyi”ni post-münaqişə reallıqlarını təhrif etməkdən narahatlığını bildirir. Bu barədə Xarici İşlər Nazirliyinin bəyataında qeyd olunur. 

Bakı sənəddə “Qarabağ ermənilərinin qaçqın kimi təqdim olunmasını”, Beynəlxalq Ədalət Məhkəməsi üzrə müddəaların “Ermənistanın iddialarına istinad etməsini”, eləcə də müharibə cinayətlərinə görə məhkum edilmiş şəxslərin “əsir” kimi göstərilməsini qəbuledilməz adlandırıb.

XİN həmçinin Ermənistanın “Sülh kəsişməsi” təşəbbüsünə çoxsaylı istinadların edilməsini, lakin Vaşinqton sammitində razılaşdırılmış TRİPP layihəsinə yer verilməməsini tənqid edib.

Bakı Aİ-nin Ermənistandakı monitorinq missiyasının genişləndirilməsinin paraflanmış sülh sazişinə zidd olduğunu bildirib və sənəddəki müddəaların Ermənistanın hərbiləşməsinə xidmət etdiyini qeyd edib.

Azərbaycan Aİ və Ermənistandan “zərərli müddəaların” aradan qaldırılmasını gözlədiyini və vəziyyəti izləyəcəyini açıqlayıb.

Aytac 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Siyasət 18:38
XİN Azərbaycan vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Siyasət 18:08
Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Siyasət 12:47
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Siyasət 12:12
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol