• $
  • £

Rafael Hüseynov VHP-dən istefa verəcəyi gözlənilir

Rafael Hüseynov VHP-dən istefa verəcəyi gözlənilir
12.12.2025 09:30

Milli Məclis sədrinin müavini və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvü Rafael Hüseynov partiyadan istefa vermək qərarına gəlib. Bu barədə məlumatı  Modern.az yayıb. 

Mənbənin bildirdiyinə görə, deputatın istefa ərizəsini bu gün rəsmən təqdim edəcəyi gözlənilir. Addımın həm partiya daxilində, həm də parlamentdə müəyyən dəyişikliklərə yol açacağı ehtimal olunur.

İstefa qərarı VHP tərəfindən ona verilmiş töhmətdən bir gün sonra gəlib. Partiya Hüseynovu Milli Məclisdə keçirilən konfransda VHP sədri Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsməkdə günahlandırmışdı.

VHP Mərkəzi Nəzarət-Təftiş Komissiyasının açıqlamasına görə, məsələ ilə bağlı rayon təşkilatlarından və fəallardan daxil olan şikayətlər müzakirə edilib. Komissiya bildirib ki, deputatın iclasdakı aparıcılıq səlahiyyətlərindən sui-istifadə etməsi “nə etik, nə də siyasi baxımdan yolverilməz” hesab olunur. Nəticədə partiya nizamnaməsinin 9.2-ci maddəsinə əsasən Hüseynova töhmət elan edilib.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
Cəmiyyət 22:11
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Cəmiyyət 21:34
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Bakıda iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılıb
Cəmiyyət 20:13
Bakıda iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılıb
Bakı-Ələt-Astara magistral yolunda baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 19:28
Bakı-Ələt-Astara magistral yolunda baş verən yanğın söndürülüb - Yenilənib
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 18:44
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - Yenilənib
Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 18:35
Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib
Cəmiyyət 18:03
Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib
“Şəki yaylası”nda ölən Ucalın atası paylaşım edib
Cəmiyyət 18:00
“Şəki yaylası”nda ölən Ucalın atası paylaşım edib
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib
Cəmiyyət 17:47
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol