• $
  • £

Gələn ildən şagird sayı az olan məktəblər distant təhsilə başlaya bilər

Gələn ildən şagird sayı az olan məktəblər distant təhsilə başlaya bilər
16.12.2025 09:57

2026-ci ilin sentyabrından etibarən Azərbaycanda şagird sayı az olan məktəblərdə distant təhsilə keçid planlaşdırılır. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, sözügedən addım pilot layihə kimi tətbiq olunacaq və əsas məqsəd təhsilin səmərəliliyinin artırılması və uşaqlar üçün daha uyğun modelin formalaşdırılmasıdır.

Əmrullayev qeyd edib ki, ölkə üzrə yüzlərlə kənd məktəbində siniflərdə cəmi 3–4 şagird təhsil alır, bu isə həm pedaqoji prosesin keyfiyyətinə, həm də dövlət vəsaitlərinin istifadəsinə mənfi təsir göstərir:

“Kiçik məktəblərdə ciddi keyfiyyət problemi var. Normal sayda şagirdi olan siniflər daha səmərəlidir”, - o bildirib. 

Nazir vurğulayıb ki, bəzi məktəblərdə işçi heyətinin sayı şagirdlərin sayından iki dəfə çoxdur. Bu amil distant təhsil modelinə keçidin zəruriliyini artırır.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
Cəmiyyət 22:11
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Cəmiyyət 21:34
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Bakıda iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılıb
Cəmiyyət 20:13
Bakıda iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılıb
Bakı-Ələt-Astara magistral yolunda baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 19:28
Bakı-Ələt-Astara magistral yolunda baş verən yanğın söndürülüb - Yenilənib
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 18:44
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - Yenilənib
Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 18:35
Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib
Cəmiyyət 18:03
Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib
“Şəki yaylası”nda ölən Ucalın atası paylaşım edib
Cəmiyyət 18:00
“Şəki yaylası”nda ölən Ucalın atası paylaşım edib
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib
Cəmiyyət 17:47
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol