• $
  • £

DGK: “Biləsuvar” postunda Naxçıvan–Bakı avtobusları üzrə gömrük nəzarəti qısa müddətdə bərpa olunub

DGK: “Biləsuvar” postunda Naxçıvan–Bakı avtobusları üzrə gömrük nəzarəti qısa müddətdə bərpa olunub
17.12.2025 14:44

Mediada Naxçıvan–Bakı reysi ilə gələn avtobus sərnişinlərinin “Biləsuvar” gömrük postunda uzun müddət gözlədiyi barədə yayılan videogörüntülərlə bağlı Dövlət Gömrük Komitəsi (DGK) açıqlama verib.

DGK APA-ya bildirib ki, gün ərzində “Biləsuvar” postundan keçməklə Naxçıvan–Bakı marşrutu üzrə 5 avtobusla 200-dən çox sərnişin daşınır və gömrük nəzarəti adətən optimal müddətdə həyata keçirilir.

Komitənin məlumatına görə, dekabrın 17-də sərnişinlərin idxal nəzarət xəttinə kütləvi şəkildə daxil olması, həmçinin bəzi şəxslərin gətirdikləri mallar üzrə bəyannamələri vaxtında təqdim etməməsi nəzarət tədbirlərinin qismən uzanmasına səbəb olub. Qısa müddətdə görülən tədbirlər nəticəsində vətəndaşların sürətli keçidi tam təmin edilib.

DGK sərhədkeçmə və rəsmiləşdirmə proseslərinin lüzumsuz yubanmaması üçün vətəndaşlara gömrük qanunvericiliyinə riayət etməyi tövsiyə edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
Cəmiyyət 22:11
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Cəmiyyət 21:34
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Bakıda iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılıb
Cəmiyyət 20:13
Bakıda iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılıb
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 18:44
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - Yenilənib
Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 18:35
Xəzər dənizində zəlzələ olub
Bakı-Ələt-Astara magistral yolunda yanğın baş verib
Cəmiyyət 18:32
Bakı-Ələt-Astara magistral yolunda yanğın baş verib

Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib
Cəmiyyət 18:03
Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib
“Şəki yaylası”nda ölən Ucalın atası paylaşım edib
Cəmiyyət 18:00
“Şəki yaylası”nda ölən Ucalın atası paylaşım edib
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib
Cəmiyyət 17:47
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol