• $
  • £

Qida Təhlükəsizliyi Agentliyi uşaqlar üçün Yeni il hədiyyə qutularına diqqət olunmasını tövsiyə edir

Qida Təhlükəsizliyi Agentliyi uşaqlar üçün Yeni il hədiyyə qutularına diqqət olunmasını tövsiyə edir
18.12.2025 16:15

Uşaqlar üçün şirniyyatla dolu Yeni il hədiyyə qutuları yalnız mağazalar, yarmarkalar və digər rəsmi satış yerlərindən alınmalıdır.

Qida Təhlükəsizliyi Agentliyi xəbərdarlıq edir ki, bəzi hallarda qutunun üzərində göstərilən tarix məhsulların deyil, qablaşdırmanın istehsal tarixini göstərir.

Agentlik istehlakçılara qutudakı məhsulların etiket məlumatlarına diqqət yetirməyi tövsiyə edir. Məhsulların üzərində istehsal tarixi, yararlılıq müddəti, adı, əmtəə nişanı, xalis çəkisi, qida dəyərliliyi, eləcə də istehsalçı müəssisənin adı və ünvanı aydın və oxunaqlı şəkildə göstərilməlidir.

Həmçinin, hədiyyə qutularının qablaşdırmasının deformasiyaya uğramaması, əzilməməsi və korlanmaması vacibdir. Xüsusi saxlanma şəraiti tələb edən məhsullar – yoqurtlar, kremli qənnadı məmulatları və kəsmik içlikli məhsullar – bu cür qutulara yerləşdirilməməlidir.

Qida məhsullarının tərkibi, yararlılıq müddəti, saxlanma şəraiti və digər məsələlərlə bağlı şübhələr yaranarsa, istehlakçılar Agentliyin “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlamalıdır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
Cəmiyyət 22:11
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Cəmiyyət 21:34
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Bakıda iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılıb
Cəmiyyət 20:13
Bakıda iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılıb
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 18:44
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - Yenilənib
Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 18:35
Xəzər dənizində zəlzələ olub
Bakı-Ələt-Astara magistral yolunda yanğın baş verib
Cəmiyyət 18:32
Bakı-Ələt-Astara magistral yolunda yanğın baş verib

Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib
Cəmiyyət 18:03
Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib
“Şəki yaylası”nda ölən Ucalın atası paylaşım edib
Cəmiyyət 18:00
“Şəki yaylası”nda ölən Ucalın atası paylaşım edib
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib
Cəmiyyət 17:47
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol